Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2015

«Xəstəliyimə meydan oxuyuram»

«Xəstəliyimə meydan oxuyuram»

«Yatıb–durmaq üçün mənə kömək lazım idi. Hər addımım mənə əzab verirdi. Boğazım tutulduğuna görə ağrıkəsici dərmanları uda bilmirdim. Məndə sağalmaz yaralar əmələ gəldi. Sonradan isə bəziləri qanqrenaya çevrildi. Mədəmdə xora var idi və mədəm güclü qıcqırırdı. Başa düşə bilmirdim nə baş verir. Mənim cəmi-cümlətanı on yaşım var idi» (Elisa).

Məhdudiyyətlərinə baxmayaraq, Elisa sevə-sevə insanlara Müqəddəs Kitab barədə öyrədir

SKLERODERMİYA. Mənası «bərk dəri» deməkdir. Dünya əhalisinin 2,5 milyonu bu xəstəliyə tutulub. Bu xəstəliyin ən geniş yayılmış növü məhdud sklerodermiyadır və çox vaxt uşaqlarda rast gəlinir. Bu xəstəlik zamanı, əsas etibarilə, dəri toxumaları bərkiyir.

Elisaya isə on yaşında sistemli sklerodermiya diaqnozu qoyulmuşdu. Yəni onda problem təkcə dərisində deyildi, həmçinin daxili orqanları da — böyrəkləri, ürəyi, ağciyəri və mədə-bağırsaq yolu sıradan çıxmışdı. Həkimlər düşünürdülər ki, müalicə Elisanın ömrünü cəmi beş il uzadacaq. Bunun üstündən 14 il keçib və Elisa hələ də sağdır. Düzdür, o, tam sağalmasa da, həyata nikbin baxır. Elisa xəstəliyi haqda və ona dözmək üçün haradan güc aldığı barədə «Oyanın!» jurnalının müxbirinə müsahibə verir.

 Xəstəliyin barədə nə vaxt xəbər tutmusan?

Doqquz yaşım olanda dirsəyim kəsildi və bu, mənə şiddətli ağrı verirdi. Yara heç cür sağalmırdı, əksinə, daha da böyüyürdü. Qan analizi verəndən sonra məndə sistemli sklerodermiya xəstəliyi aşkar olundu. Səhhətim sürətlə pisləşdiyi üçün bizə bu xəstəlik üzrə mütəxəssis tapmaq lazım idi.

Axtarışlarınız nə ilə nəticələndi?

Biz revmatoloq tapdıq. O, valideynlərimə dedi ki, kimyaterapiya etsək, xəstəliyim səngiyəcək və bu, ömrümü beş il uzadacaq, bəlkə də, xəstəliyim keçib gedəcək. Bunun pis tərəfi isə o idi ki, kimyaterapiya immun sistemimi zəiflədəcəkdi. Hətta adi soyuqdəymə belə, ölümcül ola bilərdi.

Göründüyü kimi, başına pis şey gəlmədi.

Hə. Allaha şükür, hələ ki sağam. Amma 12 yaşım olanda döş qəfəsimdə kəskin ağrılar yaranmağa başladı. Ağrı 30 dəqiqə davam edirdi, bəzən gündə iki dəfə olurdu. Ağrılarım o qədər şiddətli idi ki, dözə bilməyib qışqırırdım.

Bu ağrıların səbəbi nə idi?

Həkimlər aşkar etdilər ki, mənim hemoqlobinim dəhşətli dərəcədə aşağı düşüb və qanın beynimə getməsi üçün ürəyim daha çox işləməli olurdu. Bir neçə həftədən sonra müalicə sayəsində bu problem aradan qalxdı. Amma həmin vaxtlar elə fikirləşirdim ki, bugündən sabaha sağ çıxmaram. Özümü heç vaxt bu dərəcədə köməksiz hiss etməmişdim, sanki, mənimlə baş verənlərin qarşısında aciz idim.

Diaqnoz qoyulandan 14 il keçib. İndi özünü necə hiss edirsən?

Hələ də ağrılarım var. Sklerodermiya ilə əlaqəli olan başqa xəstəliklərlə də — mədə xorası, ağciyərin fibrosu və mədəmin həddən artıq qıcqırması ilə mübarizə aparıram. Bununla belə, xəstəliyimə meydan oxuyuram və vaxtımı məyusluq keçirməyə sərf etmirəm, çünki görüləsi başqa işlərim var.

Hansı işlər?

Mən rəsm çəkməyi, paltar tikməyi və muncuq düzməyi xoşlayıram. Ən əsası isə bir Yehovanın Şahidi kimi insanlara Müqəddəs Kitabı öyrətmək işi ilə məşğul oluram. İnsanların evinə gedə bilməyəndə başqa iman bacı-qardaşlarım yaxınlığımızda yaşayan insanlara Müqəddəs Kitab dərsləri keçəndə onlarla əməkdaşlıq edirəm. Hətta özümün də dərs keçdiyim adamlar var. Təbliğ xidməti həyatıma məna qatır.

Belə xəstəliyin ola-ola nəyə görə bu işlə məşğul olursan?

Çünki bilirəm ki, çatdırdığım xəbər həyati vacibdir və insanların xeyrinədir. Başqalarına kömək etmək mənə sevinc gətirir. Hətta özümü gümrah hiss edirəm. Qısa müddətlik olsa da, xəstəliyim yaddan çıxır.

Müsbət əhval-ruhiyyədə olmaqda Müqəddəs Kitab sənə necə kömək edir?

Müqəddəs Kitab mənə xatırladır ki, mənim və başqalarının çəkdiyi əzablar müvəqqətidir. Vəhy 21:4 ayəsində deyilir ki, Allah təyin etdiyi vaxtda insanların «gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq». Bu kimi ayələr barədə fikirləşmək Allahın işıqlı gələcəyə dair verdiyi vədə imanımı möhkəmləndirir və belə gələcək yalnız xroniki xəstəlikdən əziyyət çəkənləri yox, bütün insanları gözləyir.

 

Əlavə məlumat

Xroniki xəstəliyi olan adama Müqəddəs Kitabın köməyi dəyə bilərmi?

Bəli! Xroniki xəstəliklə mübarizədə sizə kömək edəcək üç addım barədə öyrənin.

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?