Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2015

 ÖLKƏLƏR VƏ XALQLAR | KOSTA-RİKA

Kosta-Rikaya səyahət

Kosta-Rikaya səyahət

BEŞ əsr bundan əvvəl ilk dəfə bu əraziyə ispanlar ayaq basmışdı. Onlar orada çoxlu qızıl tapacaqlarını zənn etdikləri üçün oranı Kosta-Rika (zəngin sahil) adlandırmışdılar. Amma ümidləri puça çıxdı. Lakin bu gün bu ərazi qiymətli metal yataqları kimi yox, zəngin bioaləm məkanı kimi tanınır.

Kosta-Rikalılar tikos kimi tanınırlar. Onlar kiçiltmə dərəcəsini göstərmək üçün sözə «-iko» şəkilçisini əlavə etməyi xoşlayırlar. Götürək, un momento (bir dəqiqə gözlə) sözünü. Onlar çox vaxt un momento yox, un momentiko (bircə dəqiqə gözlə) deyirlər. Onlar gündəlik danışıqda salamlaşıb sağollaşanda, minnətdarlıqlarını və razılıqlarını bildirəndə tez-tez püra beda! (pak həyat!) sözünü işlədirlər.

Kosta-Rikanın meşələri müxtəlif bitki və heyvanlarla zəngindir. Məsələn, qırmızıgöz ağac qurbağası (Agalychnis callidryas)

Kostarikalıların sevimli yeməkləri qallo pintodur (hərfən «çilli xoruz» deməkdir). Onlar əvvəlcə düyü ilə lobyanı ayrıca bişirir, sonra isə onları qarışdırıb içinə ədviyyatlar əlavə edirlər. Bu yeməyi səhər, günorta,  axşam yemək olar. Milli içkiləri koreado qəhvəsidir. Hazırlanma üsulu: ağacdan hazırlanmış qurğuya tənzif asılır. Bu tənzifin içinə qəhvə və qaynar su tökülür. Və su yavaş-yavaş süzülərək fincana axır.

Kosta-Rikada Yehovanın Şahidlərinin on dildə keçirdikləri təxminən 450 yığıncağı var. Bu dillərə həmçinin Kosta-Rika jest dili və kostarikalılıarın iki doğma dili — bribri və kabekar dilləri də daxildir.

BİLİRSİNİZ? Kosta-Rikada yüzlərlə incə yonulmuş daş kürələr tapılıb. Ən böyüyünün diametri 2,4 metrdir. Bəzilərinin yaşı 1400 ildən çoxdur. Onların hansı məqsədlə düzəldildiyi dəqiq bilinmir.

Daş kürələr