Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2015

 MÜQƏDDƏS KİTABIN BAXIŞI | ƏZAB-ƏZİYYƏT

Əzab-əziyyət

Əzab-əziyyət

Bəziləri əzab-əziyyətlərə görə Allahı günahlandırır. Digərləri isə düşünür ki, başımıza gələnlər Allahın vecinə deyil. Bəs Müqəddəs Kitab bu barədə nə deyir? Orada yazılanlar sizə maraqlı gələcək.

Çəkdiyimiz əzab-əziyyətlər Allahdandır?

«Allah qətiyyən pislik etmir» (Əyyub 34:12).

CAMAAT NƏ DEYİR?

Bəziləri deyir ki, hər nə olursa, Allahın izni ilə olur. Buna görə əzabların da Allahdan olduğuna inanırlar. Təbii fəlakətlərə Allahın cəzası kimi baxırlar.

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Orada açıq-aydın yazılıb ki, əzabların səbəbkarı Allah deyil. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, başımıza pis bir şey gələndə «Allah məni sınağa çəkir» deməməliyik. «Çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (Yaqub 1:13). Başqa sözlə desək, sınaqlar və onların gətirdiyi ağrı-acı Allahdan deyil. Bu, pislik olardı, amma Allah isə qətiyyən pislik etmir (Əyyub 34:12).

Pislik Allahdan deyilsə, onda kimdəndir və ya nədəndir? Təəssüflər olsun ki, bəzən insan insana pislik edir (Vaiz 8:9). Bundan əlavə, münasib olmayan yerdə, münasib olmayan vaxtda olduğumuz üçün təsadüfi hadisələrin qurbanına çevrilirik (Vaiz 9:11). Allahın Kəlamında deyilir ki, dünya Şeytan İblisin əlindədir (Yəhya 12:31; 1 Yəhya 5:19). Buna görə də, üzləşdiyimiz əzab-əziyyətlərin səbəbkarı Allah yox, İblisdir.

 Bəs çəkdiyimiz əzablar Allahı maraqlandırır?

«Onlar əzab çəkəndə O da əzab çəkdi» (Əşiya 63:9).

CAMAAT NƏ DEYİR?

Bəziləri fikirləşir ki, üzləşdiyimiz sınaqlar Allahı maraqlandırmır. Məsələn, bir yazıçı qeyd edir ki, onun gözündə Allah «mərhəmətsiz və rəhmsizdir». Onun fikrincə, Allah mövcud olsa da, əzablarımız Onun «vecinə deyil».

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Müqəddəs Kitabı oxuyanda Allahın mərhəmətli və rəhmli olduğunu görürük. Çəkdiyimiz əzablar Allahı narahat edir və O, tezliklə bütün pisliyə son qoyacaq. Gəlin bizə rahatlıq gətirən üç sahəyə nəzər salaq.

Allah əzablarımızdan xəbərdardır. İnsanların əzab çəkdiyi ilk gündən bəri axıtdıqları bir damla göz yaşı belə, Allahın gözündən yayınmayıb. Çünki Yehova * hər şeyi görən Allahdır (Zəbur 11:4; 56:8). Qədimdə yaşamış mömin bəndələr sıxışdırılanda Allah demişdi: «Misirdəki xalqımın əzab–əziyyətini görürəm». Bəs O, bu əzab-əziyyətlərə sadəcə baxırdı? Xeyr, Allah əlavə edib demişdi ki, xalqının nə çəkdiyindən agahdır (Çıxış 3:7). Bunu bilmək neçə-neçə adamlara rahatlıq gətirib. Başqaları nələr yaşadığımızı bilmədiyi və başa düşmədiyi halda, Yehova Allah bütün əzablarımızdan agahdır (Zəbur 31:7; Məsəllər 14:10).

Allah dərdimizə şərikdir. Allah nəinki insanların dərd-sərindən agahdır, həmçinin buna şərikdir. Məsələn, qədimdə yaşayan sadiq bəndələr sınaqlarla üzləşəndə Allah onlarla birgə əzab çəkirdi. Müqəddəs Kitabda yazılıb: «Onlar əzab çəkəndə O da əzab çəkdi» (Əşiya 63:9). Allah insanlardan qat-qat üstün olsa da, bizim çəkdiyimiz dərdi, sanki, Özü çəkir. Həqiqətən də, «Yehova çox mehriban və mərhəmətlidir» (Yaqub 5:11). Üstəlik, Yehova bizə əzablara tab gətirməyə kömək edir (Filippililərə 4:12, 13).

Allah bütün əzablara son qoyacaq. Müqəddəs Kitabda yazılıb ki, Allah bütün insanların əzab-əziyyətini aradan qaldıracaq. Yehova Allah qurduğu hökuməti vasitəsilə bütün dünyadakı vəziyyəti yerli-dibli dəyişəcək. O vaxt «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib [gedəcək]» (Vəhy 21:4). Bundan əlavə, ölən insanları həyata qaytaracaq ki, onlar da yer üzündə olacaq dərdsiz həyatdan kam alsınlar (Yəhya 5:28, 29). Əlbəttə ki, əzab-əziyyətin acı xatirələri heç kimi narahat etməyəcək. Yehova vəd edir: «Köhnə şeylər yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşiya 65:17) *.

^ abz. 13 Müqəddəs Kitaba əsasən, Allahın adı.

^ abz. 15 Allahın əzab-əziyyətlərə nə üçün yol verdiyi və onları nə vaxt və necə aradan qaldıracağı barədə daha ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 811-ci fəsillərinə baxın. Bu kitabı

Əlavə məlumat

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?

Allahın Padşahlığı

Allahın Padşahlığının Padşahı kimdir? Bu hökumət nələri həyata keçirəcək?