Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2015

 DÜNYADAN XƏBƏRLƏR | DİN

Din diqqət mərkəzində

Din diqqət mərkəzində

Hesab olunur ki, din birliyi yaradan qüvvə olmalıdır. Amma demək olar ki, münaqişələrin arxasında dayanan və insanların inamını sarsıdan məhz dindir.

Dünya

Dünya əhalisinin dörddə üçündən çoxu siyasi və ya ictimai düşmənçilik ucbatından dinə məhdudiyyət qoyulan ölkələrdə yaşayırlar. Son beş il ərzində dini azlıq təşkil edənlərin müqavimətlə üzləşdiyi ölkələrin sayı ikiqat artıb.

DÜŞÜNÜN: Bir-birinə zidd hansı səbəblərə görə insanlar dinə düşmən kəsiliblər? (Mətta 23:27, 28; Yəhya 15:19).

İngiltərə

Keçmiş baş nazir Toni Bleyer bir qəzetdə qeyd edir ki, son zamanlar baş verən terror aktlarını din adı altında görürlər («Observer»). O əlavə edir: «Bu əsrdəki müharibələr XX əsrdəki müharibələrdən fərqli olaraq, siyasi ideologiya nəticəsində baş vermir. İndi müharibələr mədəniyyət və din müxtəlifliyi ilə bağlı məsələlərə görə qopur».

DÜŞÜNÜN: Nəyə görə bölünmənin səbəbkarı çox vaxt din olur? (Mark 7:6—8).

Avsrtaliya

Avstraliya statistika bürosunun hesabatına görə, hər 5 avstraliyalıdan biri heç bir dinə mənsub olmadığını deyir. Həmçinin orada deyilir ki, «hər hansı dinə mənsub olmaq dindar olmaq demək deyil». Dinə mənsub olduğunu deyən yalnız 15 faiz kişi və 22 faiz qadın bildirir ki, mənsub olduqları dini icmanın fəal üzvləridirlər.

DÜŞÜNÜN: Bu gün əksər dinlərdə hansı mənfi cəhətləri görmək olar? (Mətta 7:15—20)

Əlavə məlumat

Etibar edə biləcəyimiz din varmı?

Ola bilsin, hansısa din etibarınızı sarsıtdığından artıq heç bir dinə inanmırsınız. Müqəddəs Kitabı öyrənməyin sizə hansı faydası dəyə bilər?

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Şahidlər dövlət üçün təhlükəlidir?