Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2014

Tropik yağış meşələrinin uçan bağbanları

Tropik yağış meşələrinin uçan bağbanları

BAĞBANLAR yaxşı bilir ki, bol məhsul əldə etmək üçün toxumu düzgün vaxtda düzgün yerə səpmək lazımdır. Ancaq nə qədər qəribə səslənsə də, tropik yağış meşələrində gedən əkinçilik işi gecələr, üstəlik, havadan görülür. Söhbət Köhnə Dünyanın meyvə yarasalarından — bəzi növləri həm də uçan tülkü * adı ilə tanınan heyvanlardan gedir.

Əkinçilik

Əksər yarasalar gecə həyatı sürür; onlar dadlı meyvələri olan ağaclar, bol şirəsi olan güllər tapmaq üçün meşələri uçub dolaşırlar. Yarasa uçarkən yediyi meyvələr həzm olunur, meyvənin həzm olunmayan ləti və toxumları isə nəcislə xaric edilir. Üstəlik, bu bağbanlar çox sevdikləri gül şirəsini sorarkən gülləri tozlandırırlar.

Meyvə yarasaları gecələr uzaq məsafələrə uçduqlarından toxumları geniş əraziyə səpirlər. Toxum həzm sistemindən keçdiyi üçün bədəndən xaric olunarkən «gübrələnmiş» olur və düşdüyü yerdə cücərir. Ona görə də tropik yağış meşələrində bitən müxtəlif güllərin tozlanmasının, toxumların yayılmasının bu yarasalardan asılı olması təəccüblü deyil.

 Meyvə yarasaları hər yerə uçduqlarına görə onlara naviqasiya bacarığı və olduqca iti görmə qabiliyyəti lazımdır. Zəif işıqda onların gözü insan gözündən yaxşı görür. Onlar hətta bəzi rəngləri seçə bilirlər. Bu yarasalar gündüzlər uçmağa elə də meyilli deyillər.

Çoxalması

BİLİRSİNİZMİ? Bir çox yarasalardan fərqli olaraq, meyvə yarasaları qidalarının yerini exolokasiyanın köməyilə yox, görmə və iybilmə qabiliyyətləri sayəsində müəyyən edirlər. Onların iri gözləri əsil gecə həyatı üçündür

Samoa uçan tülküləri (Pteropus samoensis) ömürlük cütləşirlər. Müşahidələrə əsasən, bəzi növlərdə dişi yarasalar nəvazişlə öz balalarının qeydinə qalırlar: bir neçə həftə ərzində onları özləri ilə gəzdirir və az qalsın, böyüyənə qədər əmizdirirlər. Meyvə yarasalarının iki növündə dişilər hətta doğuş zamanı «mamaça xidməti» göstərir.

Əfsuslar olsun ki, bir çox meyvə yarasalarının nəslinin kəsilmə təhlükəsi var, buna qismən səbəb onların areallarının məhv edilməsidir. Sakit okeanın cənub bölgələrində yerləşən adalarda meyvə yarasalarının nəslinin kəsilməsi fəlakətlə nəticələnəcək, çünki onlarsız bu adalardakı bəzi bitki növlərinin tozlanması mümkün deyil. Göründüyü kimi, bu uçan bağbanların işinə barmaqarası yanaşmaq olmaz.

^ abz. 2 Köhnə Dünyanın meyvə yarasalarına Afrika, Asiya, Avstraliya və Sakit okeanın bəzi adalarında rast gəlmək olar.