Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2014

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Surət və rəmzlər

Surət və rəmzlər

Milyonlarla insan surət və rəmzlərə sitayiş edir. Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir? Allah belə ibadətə necə baxır?

Müqəddəs Kitab yazılan dövrdə Allaha sədaqətlə ibadət edən yəhudilər surət və rəmzlərə sitayiş ediblər?

«Özün üçün heç bir oyma büt, nə yuxarıda — səmada və ya aşağıda — yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə» (Çıxış 20:4, 5).

Tövrat, Zəbur və Peyğəmbərlərin kitablarına əsasən, surət və rəmzlərə sitayiş günahdır

GENİŞ YAYILMIŞ FİKİR.

«Yeni katolik ensiklopediyası»nda iddia edilir ki, yəhudilər ibadətlərində çoxlu surət və rəmzlərdən istifadə ediblər və onlar «bu surətləri şərəfləndirir, onlara ehtiram bəsləyir və sitayiş edirdilər *». Həmin ensiklopediyada buna nümunə olaraq Yerusəlimdəki məbədi bəzəyən çoxsaylı meyvə, gül və heyvan təsvirləri gətirilir (1 Padşahlar 6:18; 7:36).

BUNU BİLMƏK VACİBDİR.

«Yeni katolik ensiklopediyası»nda deyilənlərin əksinə olaraq, Allaha sadiq yəhudilər məbəddə həkk olunan təsvirlərin heç birinə sitayiş etmirdilər. Müqəddəs Kitabın heç bir yerində bir nəfər də olsun sadiq israillinin ibadətində surət və ya rəmzdən istifadə etdiyi yazılmayıb.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Öz izzətimi heç kimə vermərəm, həmdlərimi bütlərə bəxş etmərəm» (Yeşaya 42:8).

 İsa peyğəmbərin ilk davamçıları ibadətlərində surət və rəmzlərdən istifadə edirdilər?

«Allahın məbədinin bütlərlə ortaq nəyi ola bilər? ...murdar şeylərə toxunmayın» (2 Korinflilərə 6:16, 17).

«Erkən məsihçilər [İsa peyğəmbərin ilk davamçıları] ibadət yerlərinə surət və ya rəmz qoymaq təklifinə pis baxardılar, onların qarşısında səcdə qılıb dua etməyi isə bütpərəstlik sayardılar» («Erkən məsihçi yığıncağının tarixi»)

GENİŞ YAYILMIŞ FİKİR.

«Yeni katolik ensiklopediyası»nda deyilir: «Erkən məsihçi ibadətində surətlərdən istifadə edildiyini danmaq üçün artıq heç bir əsas yoxdur. Məsihçi katakombalarındakı * qalereyalar erkən məsihçi incəsənətinin bariz nümunəsidir... Hətta müqəddəs ibadət və dəfn otaqları əfsanəvi personajların təsvirləri ilə bəzədilib» *.

BUNU BİLMƏK VACİBDİR.

Yeraltı sərdabələr kimi istifadə olunan katakombalarda tapılan ən qədim surətlər İsa peyğəmbərin ölümündən təxminən 200 il sonrakı dövrə — eramızın üçüncü əsrinə aiddir. «Yeni katolik ensiklopediyası»nın «erkən məsihçi ibadəti» adlandırdığı ibadət ən erkən məsihçilərin, yəni ibadət tərzləri İncildə təsvir olunan İsa Məsihin birinci əsrdə yaşayan davamçılarının ibadəti deyil. Katakombalarda aşkar olunan təsvirlər sadəcə onu göstərir ki, artıq üçüncü əsrdə saxta məsihçilər bütpərəstləri öz dinlərinə cəlb etmək məqsədilə onlara xas olan surətlərdən istifadə etmək adətini mənimsəmişdilər *.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Bütpərəstlikdən qaçın» (1 Korinflilərə 10:14).

Allaha ibadətdə surət və rəmzlərdən köməkçi vasitə kimi istifadə etmək düzgündür?

«Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21).

Müqəddəs Kitabda surət və rəmzlərə sitayiş etmək mühakimə olunur. Buna görə də Yehovanın Şahidləri surətlərə sitayiş etmirlər; onların evlərində və ibadət yerlərində surət və rəmzlər yoxdur

GENİŞ YAYILMIŞ FİKİR.

«Surətlərə bir əşya kimi yox, insan bədənində gələn Allaha bizi aparan bir şey kimi sitayiş olunur. Beləliklə, surətə sitayiş ona yox, onun təmsil etdiyi şəxsə yönəlib» («Катехизис Католической Церкви», III hissə, II bölmə, IV, 2129).

BUNU BİLMƏK VACİBDİR.

İsa Məsih davamçılarına dua etməyi öyrədəndə surətlərdən istifadə etməyi buyurmamışdı. İncil kitabında yeri, göyü yaradan Allaha ibadətdə surətlərdən istifadə etməyə dair heç bir göstəriş yoxdur.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et» (Matta 4:10).

^ abz. 7 «Yeni katolik ensiklopediyası» «sitayiş» sözünə «dini ayin, ibadət ayini» kimi tərif verir. «Azərbaycan dilinin izahlı lüğəti»nə əsasən, «sitayiş etmək — ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək» deməkdir (IV cild, səhifə 128).

^ abz. 13 Katakomba — yeraltı sərdabə. Qədimdə dini mərasimlər və ölüləri dəfn etmək üçün istifadə olunan süni və ya təbii yeraltı mənzil («Azərbaycan Sovet Ensiklopediyası», V cild, səhifə 249).

^ abz. 13 Bu kontekstdə «surət» deyiləndə şəkillər, ikonalar, rəmzlər, oyma və tökmə bütlər, ümumiyyətlə, sitayiş obyekti olan hər bir şey nəzərdə tutulur.

^ abz. 14 İbadətdə surətlərdən istifadə etmək adəti, Misir, Yunanıstan və Hindistan da daxil olmaqla, bir çox qədim mədəniyyətlərə xas olub.

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Surət və rəmzlərə ibadət etmək düzgündür?

İbadətdə büt və ikonalardan istifadə edib-etməməyimizin Allah üçün bir əhəmiyyəti var?