Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2014

 ÜZ QABIĞINDA | ƏSİL UĞUR NƏDİR?

Sizin üçün uğurun meyarı nədir?

Sizin üçün uğurun meyarı nədir?

Aşağıda gətirilən şərti vəziyyətlərin üzərində düşünün.

Bu insanlardan hansı əsil uğur qazanıb?

  • AQİL

    Aqilin öz biznesi var. O, dürüst, zəhmətkeş və nəzakətlidir. Onun işləri yaxşı gedir və ailəsi üçün də rahat şərait qurub.

  • ƏKBƏR

    Əkbər də eyni bizneslə məşğul olur, lakin Aqildən daha çox pul qazanır. Rəqabətədavamlı olmaq üçün gecə-gündüz işləməkdən canı çoxlu xəstəlik tapıb.

  • AYDAN

    Aydan orta məktəbdə oxuyur. O, çox çalışqandır, oxuyub-öyrənməyi xoşlayır. Buna görə də dərslərindən yaxşı qiymətlər alır.

  • ƏMİNƏ

    Əminənin qiymətləri isə Aydanınkından da yaxşıdır, hətta adı əlaçılar siyahısındadır. Amma test keçiriləndə o, fırıldağa əl atır. Əslində isə oxumağa elə də marağı yoxdur.

Siz Əkbər ilə Əminənin, yaxud hər dördünün də həyatda uğur qazandığını düşünürsünüzsə, görünür, uğuru nəticəsi ilə ölçürsünüz və sizin üçün fərqi yoxdur, bu nəticə necə əldə edilib.

Yox, əgər təkcə Aqil ilə Aydanın uğurlu olduğunu düşünürsünüzsə, onda siz uğuru insani keyfiyyətlərə və məsuliyyətlərin vicdanla icra olunmasına əsasən ölçürsünüz. Bu, belə də olmalıdır. Bir fikirləşin:

  • Aydanın gələcəyi üçün nəyin daha çox xeyri var: qiymətlərinin əla olmasının, yoxsa oxumağı sevməsinin?

  • Aqilin uşaqları üçün nə daha vacibdir: atalarının onlara istədikləri hər şeyi alması, yoxsa onlarla vaxt keçirməsi?

Nəticə. Saxta uğur yalnız üzdən elə görünür, əsil uğur isə əsil dəyərlərə əsaslanır.