Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2014

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Nəfsinə hakim ol

Nəfsinə hakim ol

PROBLEM

«Qızlar məndən nömrəmi istəyirlər, biədəb təkliflər edirlər. Hər dəfə “yox” deyib onlardan uzaqlaşıram. Amma bir fikir beynimi qurcalayır: “Görəsən, nömrəmi versəydim, nə olardı?” Düzü, aralarında çox cəlbedici qızlar da var. İstər-istəməz adamın ağlından belə bir fikir keçir ki, niyə də olmasın?» (Ayxan *, 16 yaş).

Sən də, Ayxan kimi, nəfsinə uymamaq üçün mübarizə aparmalı olursan? Əmin ol ki, qalib gələ bilərsən.

BİLMƏLİSƏN Kİ...

Nəfsinə uysan, ziyan çəkəcəksən

Hamı, hətta böyüklər də nəfslərinə hakim olmalı olurlar. Hərənin nəfsi bir şey çəkə bilər. Allahın sadiq bəndəsi Pavel növbəti sözləri yazanda heç də cavan deyildi: «Allahın Qanunundan həzz alıram. Amma üzvlərimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni üzvlərimdə yaşayan günah qanununun əsiri edir» (Romalılara 7:22, 23). Çətin də olsa, Pavel nəfsinə uymadı, sən də bacararsan! Axı nəyə görə öz nəfsinin qulu olasan? (1 Korinflilərə 9:27). Cavan yaşından nəfsinə hakim olmağı öyrənsən, həm indi başın ağrımayacaq, həm də gələcəkdə bunun xeyrini görəcəksən.

Media odun üstünə benzin tökür. Müqəddəs Kitabda deyilir ki, gəncliyə xas istəklər onsuz da güclü olur (2 Timoteyə 2:22). Gənclərəyönümlü filmlər, verilişlər, mahnılar, kitablar isə bu hissləri daha da alovlandırır və gənclərdə belə bir fikir yaradır ki, bu cür istəkləri boğmaq lazım deyil. Misal üçün, əgər bir filmdə iki insan bir-birini «sevirsə», onların cinsi əlaqədə olması gözlənilən haldır. Lakin Müqəddəs Kitabda deyilir ki, insanın daxilində elə bir güc var ki, o, «cismani istəklərdən» uzaq dura bilər (1 Peter 2:11). Yəni sən nəfsinə hakim ola bilərsən. Bəs necə?

 NƏFSİNƏ HAKİM OLMAQ ÜÇÜN...

Zəif yönlərini bil. Zəncirin möhkəmliyi ən zəif halqasının möhkəmliyi qədərdir. Eynilə, sən düzgün hərəkət etməyə nə qədər qətiyyətli olsan da, ən zəif yerində bu qətiyyətin qırıla bilər. Sənin ən zəif «halqan» nədir? (Müqəddəs Kitab prinsipi: Yaqub 1:14.)

Şirnikdirici vəziyyətlərə hazır ol. Şirnikdirici vəziyyətlərlə harda, necə üzləşəcəyini qabaqcadan fikirləş. Belə hallarda necə davranacağını öz aləmində məşq elə. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 22:3.)

Əqidəni möhkəmləndir. Müqəddəs Kitabda deyilir ki, Yusifə əxlaqsız təklif ediləndə o, belə cavab vermişdi: «Mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» (Yaradılış 39:9). Yusifin «mən necə» sözləri göstərir ki, o, pisi yaxşıdan seçə bilən möhkəm əqidəli insan idi. Bəs sən?

Sənə dayaq olacaq dostlar tap. Sənin əxlaq dəyərlərinə şərik olan insanlarla dostluq etməklə özünü bir çox şirnikdirici vəziyyətlərdən sığortalamış olacaqsan. Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmət qazanar» (Süleymanın məsəlləri 13:20).

Nəfsinə hakim olmağını çətinləşdirən şirnikdirici vəziyyətlərdən qaç. Misal üçün:

  • əks cinsin nümayəndəsi ilə təkliyə çəkilmə;

  • səndə pornoqrafiyaya baxmaq istəyi yaradacaq vaxtda və yerdə İnternetdən istifadə etmə;

  • danışığı və hərəkətləri ilə günahı cəlbedici edən adamlardan uzaq gəz.

Nəfsinə uymayasan deyə sən özünə hansı qaydalar qoyardın? (Müqəddəs Kitab prinsipi: 2 Timoteyə 2:22.)

Dua et. İsa Məsih öz davamçılarına demişdi: «Daima dua edin ki, sınaqlara tab gətirəsiniz» (Matta 26:41). Yehova Allah istəyir ki, sən nəfsinə hakim olasan, bu işdə O, sənə kömək edə bilər. Müqəddəs Kitabda deyilir: «Allah... qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Korinflilərə 10:13).

^ abz. 4 Ad dəyişdirilib.

Əlavə məlumat

Yoldançıxaran şeylərə uymamaq mümkündür!

Güclü iradəyə sahib olmaq üçün üç addım.

Dostların səni pis işlərə çəkir?

Təzyiqin minimuma endirməyin və ya ondan tamamilə qaçmağın üsulları.