Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2014

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

ABŞ

Bəzi polislərin istifadə etdiyi texnologiya şübhəli şəxsləri təqib edərkən yaranan təhlükəni azaldır. Patrul maşınlarının radiator şəbəkəsinə quraşdırılan pnevmatik (sıxılmış hava ilə işləyən) silah təqib olunan maşının korpusuna yapışan GPS-güllə atır. Bundan sonra şübhəli şəxsləri daha az sürətlə təqib etmək olar.

HİNDİSTAN

Hesablamalara görə, cehiz üstündə düşən mübahisələr ucbatından saatda bir qadın qətlə yetirilir. Cehiz alıb-vermək rəsmən qadağan olunsa da, 2012-ci ildə 8200-dən çox qadın qətlə yetirilmişdi. Səbəb? Bəy, yaxud da ailə üzvləri gəlinin gətirdiyi cehizin çox az olduğunu hesab edib.

İSVEÇRƏ

Üç ağqarın uzunqanada bala çıxardığı yerdə taxılan kiçik göstərici cihaz sayəsində məlum oldu ki, bu quşlar Afrikaya köç edərkən 200 gündən çox dayanmadan uçur. Əvvəllər elə hesab olunurdu ki, hərəkətdə olarkən həyati vacib funksiyaları yerinə yetirmək bacarığı yalnız dəniz heyvanlarına xasdır.

AFRİKA BUYNUZU

2005-ci ilin aprel ayından 2012-ci ilin dekabr ayınadək quldurlar Afrika buynuzu sahillərindən 179 gəmi qaçırdıblar. Dünya Bankının araşdırmasına görə, quldurlar 413 milyon ABŞ dolları məbləğində fidyə alıblar.