Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2014

 ÖLKƏLƏR VƏ XALQLAR | İRLANDİYA

İrlandiyaya səyahət

İrlandiyaya səyahət

«ZÜMRÜD ADA». İrlandiyaya ona görə belə deyirlər ki, çoxlu leysan yağışları yağdığından hər yan yamyaşıldır. Mənzərəli göllər, çaylar, sahilboyu uzanan yaylalar və dərə-təpələr onun təbii gözəlliyinə gözəllik qatır.

Nəhənglər cığırı

Ada iki hissədən — Birləşmiş Krallığın tərkibində olan Şimali İrlandiyadan və ərazisinə görə daha böyük olan müstəqil İrlandiya Respublikasından ibarətdir.

Dam örtüyü samandan olan ev

İrlandiya xalqı çoxlu çətinliklərə sinə gərib. Məsələn, bəzi mənbələrə görə, 1845—1851-ci illər ərzində kartof sahələrinə düşən xəstəlik ucbatından məhsul zay olduğundan aclıqdan və xəstəlikdən bir milyona yaxın insan tələf olmuşdu. Çoxları səfalətdən canlarını qurtarmaq üçün Avstraliya, Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanada kimi ölkələrə mühacirət etmişdir. Bu gün təxminən 35 milyon amerikalının kökü İrlandiyaya gedib çıxır.

İrlandlar istiqanlı və qonaqpərvər xalqdır. Geniş yayılmış əyləncələrə at çapmaq, eləcə də kriket, reqbi, futbol və qal futbolu (futbola oxşayır) kimi komanda oyunları daxildir. Qadınlar komanda oyunlarından  xüsusilə kamogi oynunu xoşlayırlar. Bu oyun otüstü xokkeyə bənzəyir.

İrlandlar həm də ünsiyyətcil və musiqisevər insanlardır. İrlandiyanın step rəqsi dünyaca məşhurdur. Bu rəqs zamanı rəqqaslar qamətlərini şux saxlayaraq ayaqları ilə cəld və dəqiq hərəkətlər edirlər.

İrland orkestrı

Yehovanın Şahidləri yüz ildən çoxdur ki, İrlandiyada fəaliyyət göstərirlər. Hal-hazırda İrlandiyada altı mindən çox Yehovanın Şahidi yaşayır. Onlar fəal şəkildə insanlara Müqəddəs Kitabı öyrədirlər.

Ənənəvi İrlandiya çalğı alətlərindən bəziləri (soldan sağa): kelt arfası, İrlandiya tuluq zurnası, skripka, akkordeon, fit və bouran (təbil)

BİLİRSİNİZMİ?

Nəhənglər cığırı Şimali İrlandiyanın şimal sahillərində yerləşir. Bu cığır minlərlə bazalt daş sütunlardan ibarətdir və qədimdə dəniz suyuna qarışan lavanın soyuması nəticəsində yaranmışdır.