Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2014

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Mədədə törəyən qurbağanın reproduktiv sistemi

Mədədə törəyən qurbağanın reproduktiv sistemi

MƏDƏDƏ törəyən Avstraliya qurbağası (nəslinin 2002-ci ildə kəsildiyi güman edilirdi) əcaib şəkildə çoxalır. Dişi qurbağa mayalanmış yumurtalarını udur və təxminən altı həftə ərzində yumurtalar mədəsində inkişaf edir. Anasının ağzından «doğulan» balalar dünyaya tam inkişaf etmiş qurbağalar kimi gəlir.

Ana qurbağa təkcə yeməkdən kəsilmir, həmçinin yumurtalarının həzm olunmaması üçün mədə turşusunun ifrazı dayanır. Görünür, yumurtaların və çömçəquyruqların ifraz etdiyi kimyəvi maddələr mədə turşusunun ifrazının qarşısını alır.

Ana qurbağanın mədəsində təxminən 24 yumurta inkişaf edir. Balaların doğulma vaxtı gəlib çatanda onların ümumi çəkisi ananın bədən çəkisinin hardasa 40 faizini təşkil edir. Bunu nə ilə müqayisə etmək olar? Sanki, hamiləlikdən əvvəl 68 kiloqram çəkisi olan qadın bətnində hər biri 1,8 kiloqram olan 24 uşaq daşıyır! Körpə qurbağalar analarının mədəsini o qədər genişləndirirlər ki, mədə gedib düz ağciyərə dirənir. Qısılmış ağciyərləri ilə nəfəs ala bilməyən ana bədənin dərisi ilə nəfəs almalı olur.

Bala qurbağalar bir neçə gün ərzində, tam inkişaf mərhələsini keçdikcə çıxırlar. Amma ana təhlükə hiss edərsə, onları qusaraq dünyaya gətirir. Bir dəfə tədqiqatçılar müşahidə etmişdilər ki, dişi qurbağa birdəfəyə ağzından altı bala tullamışdı. O, balalarını təxminən 1 metr aralıya atmışdı.

Əgər, bəzilərinin iddia etdiyi kimi, bu qurbağanın çoxalma sistemi təkamülün nəticəsidirsə, onda məntiqlidir ki, o həm fizioloji quruluşunda, həm də reproduktiv davranışında birdəfəyə böyük dəyişikliklər etməli idi. Alim və təkamülçü Maykl Teylor yazıb: «Bu qurbağanın reproduktiv quruluşunda dəyişikliklərin tədricən, yavaş-yavaş baş verdiyini düşünmək mümkün deyil. Onun reproduktiv sistemi yalnız tam olduqda effektiv ola bilər, əks halda, tamamilə müvəffəqiyyətsizliyə uğrayardı». Alimin sözlərinə görə, yeganə ağlabatan izahat bu quruluşun «birdəfəyə, böyük, qəfil sıçrayış nəticəsində əmələ gəlməsi idi». Bəziləri bu sıçrayışı yaradılış adlandırırlar *.

Fikirləşin. Mədədə törəyən qurbağanın reproduktiv sistemi təkamülün nəticəsi ola bilərmi? Yoxsa bu, yaradılış möcüzəsidir?

^ abz. 7 Çarlz Darvin «Növlərin əmələ gəlməsi» kitabında yazıb: «Təbii seçmə yalnız zəif ardıcıl variasiyalardan istifadə edərək fəaliyyət göstərir; o, heç vaxt... sıçrayış edə bilməz».