Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2014

 ÜZ QABIĞINDA | Faciə...

Faciə

Faciə

GEC-TEZ hər bir insanın başına hansısa faciə gəlir. Fərqi yoxdur, o kimdir, nəçidir.

ALLAHIN KƏLAMINDA DEYİLİR:

«Yarışı həmişə bərk qaçanlar udmur. Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır» (Vaiz 9:11).

Faciə ilə üzləşib-üzləşməməyinizdən asılı olmayaraq, aşağıdakı suallara necə cavab verərdiniz? Misal üçün:

  • Varınızı-yoxunuzu təbii fəlakətdə itirsəydiniz, nə edərdiniz?

  • Ağır xəstəliyinizin olduğunu bilsəydiniz, nə edərdiniz?

  • Yaxın adamınızı itirsəydiniz, necə olardınız?

Bu jurnalı dərc edən Yehovanın Şahidləri bilirlər ki, Allahın Kəlamı faciənin sizə vurduğu yaranı sağaltmaqla yanaşı, gələcəyə dair gerçək ümid verə bilər (Romalılara 15:4). Necə? Gəlin faciə ilə üzləşən üç adamın hadisəsinə baxaq.