Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2014

 ÜZ QABIĞINDA | Yaşamağa dəyərmi?

Köməyiniz var

Köməyiniz var

«Bütün qayğılarınızı Onun [Allahın] üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır» (1 PETER 5:7).

Bəzən vəziyyəti düzəltmək üçün əlindən heç nə gəlmədiyini düşünəndə ölüm insana həyatdan şirin gəlir. Görək belə hallarda nə kömək edə bilər.

Dua. Dua terapevtik vasitə və ya çarəsizliklə çırpınan qəlbin son ümid yeri deyil. Bu, sizin qayğınıza qalan Yehova Allahla əsil ünsiyyət vasitəsidir. Allah istəyir ki, siz dərdinizi Onunla bölüşəsiniz. Müqəddəs Kitab hər birimizə müraciət edir: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun» (Məzmur 55:22).

Elə bu gün Allaha dua edin. Duanızda Ona Yehova adı ilə müraciət edin və ürəkdən danışın (Məzmur 62:8). Yehova Allah istəyir ki, siz Onu dost kimi tanıyasınız (Yeşaya 55:6; Yaqub 2:23). Dua elə bir ünsiyyət vasitəsidir ki, ondan hər yerdə və hər an faydalanmaq olar.

İntihar hallarının qarşısı alınması üzrə Amerika assosiasıyasının məlumatına əsasən, «araşdırmalar daima göstərir ki, intihar nəticəsində ölənlərin böyük qisminin, yəni 90 faizinin və hətta ondan da çoxunun emosional pozuntusu olub. Çox vaxt simptomlara vaxtında fikir verilməmiş, diaqnoz qoyulmamış və lazımi müalicə aparılmamışdır».

Sizə canı yanan adamlar. Sizin həyatınız ailə üzvləriniz, dostlarınız üçün dəyərlidir. Ola bilsin, onlar sizə görə narahat olduqlarını artıq deyiblər. Hətta tanımadığınız insanlar belə sizə can yandıra bilərlər. Məsələn, bəzən xidmətdə Yehovanın Şahidləri kömək üçün fəryad edən və hətta intihar etmək barədə düşündüklərini deyən pərişan insanlara rast gəlirlər. İsa Məsihin nümunəsini izləyərək bu Şahidlər onlara kömək edirlər. Onlar sizə də kömək edəcəklər (Yəhya 13:35).

Mütəxəssislərin köməyi. İntihar fikrinin beyində dolaşması çox vaxt depressiya kimi emosional pozuntuların göstəricisidir. Fiziki xəstəliyin olmasında utanılası heç nə olmadığı kimi, emosional xəstəliyin də olmasında utanılası heç nə yoxdur. Depressiya o qədər geniş yayılıb ki, hətta onu «beyin soyuqdəyməsi» adlandırırlar. Hər kəsin ona «yoluxma» ehtimalı var. Ancaq onun müalicəsi də var *.

ADDA SAXLAYIN: dərin bir çuxurdan təkbaşına çıxmaq mümkün olmadığı kimi, dərin depressiyanın da öhdəsindən təkbaşına gəlmək mümkün deyil. Amma kimsə kömək əlini uzadarsa, «çıxmaq» mümkündür.

BU GÜN NƏ EDƏ BİLƏRSİNİZ? Depressiya kimi emosional pozuntuları müalicə edən bir mütəxəssis tapın.

^ abz. 8 Əgər intihar etmək fikri sizi rahat buraxmırsa, yaşadığınız ərazidə hansı yardım vasitələrinin olduğu ilə maraqlanın. Bu, intihar hallarının qarşısını almaq üçün yaradılan qaynar xətlər və ya emosional xəstəliklər üzrə ixtisaslaşan tibb müəssisələri ola bilər. Orada xüsusi təlim keçmiş insanlar işləyirlər.

Əlavə məlumat

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Allah problemlərimizi görürmü?