Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2014

 ÖLKƏLƏR VƏ XALQLAR | KAMBOCA

Kambocaya səyahət

Kambocaya səyahət

ÜZƏN KƏNDLƏR, qaynaşan bazarlar, diri toyuq-cücədən tutmuş soyuducuyadək daşıyan motosikletlərin yaratdığı tıxaclar. Bunlar Kambocanın müxtəlif yerlərində rast gəlinən mənzərələrdəndir.

Kambocalılar mehriban, mülayim və çox səmimidirlər. Gündəlik həyatda hətta ilk dəfə gördükləri adamlara belə bacı, qardaş, xala, əmi, baba, nənə deyə müraciət edirlər.

Bəzi kambocalılar üzən qayıq-evlərdə, digərləri isə paya üzərində və ya üzən platformalarda tikilən evlərdə yaşayırlar. Hətta üzən məktəblər, xəstəxanalar, bazarlar və yanacaqdoldurma məntəqələri də var.

Pitaya Kambocada məşhur bir meyvədir

Kamboca mətbəxini düyüsüz təsəvvür etmək mümkün deyil. Adətən, süfrəyə üç-dörd növdə xörək qoyulur. Onların arasında çox vaxt şorba da olur. Balıq kambocalıların sevimli ərzaqlarından biridir. Şirin, turş və duzlu yeməkləri bir yerdə süfrəyə vermək adətdir.

İki min il bundan əvvəl Çinə gedib-gələn hindli tacir və səyyahlar Kambocanın sahilyanı ərazilərində  də tez-tez olardılar. Onlar ipək və metalı ədviyyat, ətirli ağac, fil dişi və qızıla dəyişirdilər. Bir müddətdən sonra Hindistan və Çinin təsiri nəticəsində Kambocada hinduizm və buddizm geniş yayıldı. Bu gün kambocalıların 90 faizindən çoxu buddizmə etiqad edir.

Yehovanın Şahidləri Müqəddəs Kitabdakı ümid verən xoş xəbəri kambocalılarla bölüşürlər. Artıq onlar «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı vasitəsilə çoxlarına Allahın Kəlamındakı həqiqəti bilməyə kömək ediblər. Kamboca dili də daxil olmaqla, bu kitab təxminən 250 dilə tərcümə edilib.

Bu ölkədə 1500-dən çox adam Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir. Onlar «Ölənlər haradadırlar?» və «Allahın yer üçün niyyəti nədən ibarətdir?» kimi suallara cavab tapırlar.

Yehovanın Şahidlərinin dərc etdiyi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı Kamboca dilində də var (şəkildə göstərilib).