Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2014

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Yaradılış

Yaradılış

Kreasionistlərin dediyi kimi Allah Yeri hər biri 24 saat olan 6 günə yaradıb?

«Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allah, kainatı, yer də daxil olmaqla, qeyri-müəyyən bir vaxtda, Yaradılış 1:1 ayəsində deyildiyi kimi, «başlanğıcda» yaratdı. Müasir elm kainatın bir başlanğıcı olduğu ilə razılaşır. Alimlərin son araşdırmalarına görə, Yer kürəsinin təqribən 14 milyard yaşı var.

Həmçinin Müqəddəs Kitabda altı yaradılış «gün»ündən söhbət açılır. Lakin onların 24 saatlıq gün olduğu deyilmir (Yaradılış 1:31). Müqəddəs Kitabda işlədilən «gün» sözü müxtəlif uzunluqlarda olan dövrləri göstərmək üçün istifadə olunur. Misal üçün, orada bütün yaradılış dövrü «Yehova Allahın yeri və göyü yaratdığı gün» adlanır (Yaradılış 2:4, Yeni Dünya tərcüməsi). Şübhə yoxdur ki, bu «günlər» minlərlə il davam edib (Məzmur 90:4).

BUNU BİLMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Kreasionistlərin yanlış fərziyyələri sizi Müqəddəs Kitabı oxumaq həvəsindən sala bilər. Bəs əgər Müqəddəs Kitab, doğrudan da, özündə yaradılışla bağlı etibaralayiq qeydləri cəm edirsə, onda sizin dərrakənin xəzinəsindən faydalanmaq imkanınız var (Süleymanın məsəlləri 3:21).

 Allah həyat yaradarkən təkamüldən istifadə edib?

«Allah dedi: “Qoy yer üzü hər növ canlı məxluqlar... əmələ gətirsin”» (Yaradılış 1:24).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allahın yaratdığı həyat formaları əvvəlcə bəsit formada olub sonradan təkamül prosesində mürəkkəb formaya keçməyib. Əksinə, Allah sonradan öz növünə görə törəyəcək heyvan və bitkilərin əsas mürəkkəb növlərini yaratdı (Yaradılış 1:11, 21, 24). Allahın başlanğıcda yaratdığı canlılar öz növünə görə artaraq bu gün bütün yer üzünə yayılıb (Məzmur 89:11).

Müqəddəs Kitabda növlər arasında nə qədər dəyişikliyin baş verə biləcəyi deyilmir. Bu, növlərin cütləşməsindən və ətraf mühitə uyğunlaşmasından asılıdır. Bəziləri bu uyğunlaşmaları təkamül hesab etsə də, amma bu zaman yeni həyat növü yaranmır. Müasir tədqiqatlar sübut edir ki, əsas bitki və heyvan növlərində bu qədər böyük dövr ərzində cüzi dəyişikliklər baş verib.

BUNU BİLMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Müqəddəs Kitabın əsas həyat növləri haqda elmi dəqiqliyi onun, tarix və peyğəmbərlik də daxil olmaqla, digər sahələrdə də etibarlı olduğuna imanımızı artırır.

Kainatı yaratmaq üçün lazım olan xammal haradan əldə edilib?

«Mənim əllərim göyləri yaydı» (Yeşaya 45:12).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allah hədsiz güc və enerji Mənbəyidir (Əyyub 37:23). Bu, çox vacib amildir, çünki alimlər öyrəniblər ki, enerji maddəyə çevrilə bilir. Müqəddəs Kitabda deyilir ki, kainatı yaratmaq üçün lazım olan «bol qüvvə»nin Mənbəyi Allahın Özü olub (Yeşaya 40:26). Allah vəd edir ki, gücündən yaratdıqlarını saxlamaq üçün istifadə edəcək. Məhz bu səbəbdən Müqəddəs Kitabda günəş, ay və ulduzlar haqda deyilir: «Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub» (Məzmur 148:3—6).

BUNU BİLMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Astronom Allan Sandeyc bir dəfə demişdi: «Elm ən dərin məsələləri izah edə bilmir. İnsanın “kainat niyə mövcuddur?” sualı qarşısında elm acizdir». Müqəddəs Kitab yaradılışı nəinki elmə müvafiq şəkildə izah edir, həmçinin elmin cavab verə bilmədiyi suallara cavab verir, misal üçün, «Allahın yer və bəşəriyyət üçün niyyəti nədir?» *

^ abz. 16 Əlavə məlumat üçün, Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın. Həmçinin www.jw.org/az-latn saytından oxumaq olar.

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.

Allahı tanıyaq

Allahın neçə adı var? Dünyadakı əzablar Allahdandırmı?