Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2014

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Ev hörümçəyinin yapışqan sekreti

Ev hörümçəyinin yapışqan sekreti

AMERİKA ev hörümçəyi (Parasteatoda tepidariorum) divara yapışan hissəsi möhkəm, yerə yapışan hissəsi isə zəif olan bir tor hörür. Yayabənzər tələ kimi fəaliyyət göstərən belə bir torun sayəsində hörümçək yerlə hərəkət edən şikarını asanlıqla ovlayır. Torunu müxtəlif səthlərə bərkitmək üçün hörümçəyin ifraz etdiyi yapışqanın həm möhkəm, həm də zəif olmasının sirri nədədir?

Torun möhkəm və zəif yapışan hissələri

Fikir verin. Hörümçək torunun divara, tavana və buna bənzər səthlərə bərkidilən hissələrini çox yapışqan ipəkdən çənbərvari formada hörür ki, tor uçan həşəratın zərbəsinə dözə bilsin. Akron Universitetinin (Ohayo ştatı, ABŞ) tədqiqatçıları aşkar etmişlər ki, yerə bərkidilən hissənin hörülmə forması tamamilə fərqlidir. Tavana və buna bənzər səthlərə yapışdırılan hissələrdən fərqli olaraq, yerə yapışdırılan hissələrdə birləşmə nöqtələri daha azdır, buna görə də yerlə hərəkət edən həşərat tora toxunduqda tor asanlıqla yerdən qopur və şikarı tez özünə çəkir.

Yapışan ipək

Akron Universitetinin məlumatına görə, təbiətin bu möcüzəsini aşkar edən alimlər «ev hörümçəyinin istifadə etdiyi düşünülmüş strategiyanı təkrarlayacaq sintetik yapışqan material düzəltmək istiqamətində iş görürlər». Alimlər həm adi sarğı materialı kimi, həm də sümük sınğısının müalicəsində istifadə olunacaq yapışqan material icad edəcəklərinə ümid edirlər.

Necə düşünürsünüz? Hörümçəyin həm möhkəm, həm də zəif yapışan yapışqan ifraz etmək bacarığı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsidir?