Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  yanvar 2014

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

Böyük səhranın cənubu

YUNİSEF-in Böyük Səhranın cənubu ilə bağlı hesabatında qeyd olunur ki, «5 yaşdan aşağı olan uşaqların yalnız 38 faizinin doğum haqqında şəhadətnaməsi var». Halbuki bu ərazinin bəzi yerlərində «doğumun qeydə alınması uşağın tibbi müayinədən keçməsi və təhsil alması üçün, eləcə də yetim uşaqların valideynlərindən qalan mirası almaları üçün çox vacibdir», — deyə YUNİSEF-in şərqi və cənubi Afrika üzrə rəhbərinin müavini Elke Viş vurğulamışdır.

İtaliya

Bir araşdırmanın nəticəsinə görə, italyan gənclərin ən çox qorxduğu şey kiberxuliqanlıqdır. 12—17 yaş arası gənclərin 72 faizi bundan qorxduğunu deyir. Bu, narkotikə qurşanmaqdan (55 faiz), böyüklər tərəfindən cinsi təcavüzə məruz qalmaqdan (44 faiz) və cinsi yolla ötürülən xəstəliklərə yoluxmaqdan (24 faiz) qorxanların faizindən daha çoxdur.

Yaponiya

«The Japan Times» qazetinin verdiyi məlumata görə, Yaponiyada iş yerində vəzifəyə yüksəlməkdən imtina edən gənclərin sayı bir ucdan artmaqdadır. Gənclərin 40 faizi etika qaydalarının pozulduğuna və nadürüstlüyün geniş yayıldığına görə narahatdır. Bu işçilərin çoxu fikirlərini müzakirə etməkdə və ya vəzifəcə onlardan üstün olanlarla sərbəst danışmaqda özlərini səriştəsiz hiss edirlər. Maraqlıdır ki, yaşlı nəsil müdirlərinə tab gətirdiyi halda, gənc işçilərin 60 faizi hazırkı işlərindən daha yaxşısını tapana qədər həmin yerdə qalıb işləyir.

Braziliya

1980—2010-cu illərdə Braziliyada 800 000-ə yaxın insan odlu silahla öldürülmüşdür. Qətlə yetirilənlərin 450 000-dən çoxu 15—29 yaş arası insanlar olub. Son zamanlarda törədilən cinayətlərin araşdırılmasından görünür ki, qətl halları çox vaxt ailə münaqişəsi, qonşulararası çəkişmə, qısqanclıq və sürücülər arasında düşən mübahisə ucbatından baş verir.