Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2014

 ÜZ QABIĞINDA

Bənzəri olmayan veb-sayt

Bənzəri olmayan veb-sayt
  • OXUYUN — təxminən 50 dildə olan Müqəddəs Kitabı və 500 dildə çıxan ona əsaslanmış nəşrləri.

  • BAXIN — 70-ə yaxın jest dilində olan videomateriallara.

  • İSTİFADƏ EDİN — yüzlərlə dildə olan veb-saytdan.

  • DİNLƏYİN — Müqəddəs Kitab hekayələrini canlandıran audiodramları.

  • NƏZƏR YETİRİN — şəkillərdə canlanan Müqəddəs Kitab hekayələrinə.

  • İZLƏYİN — həyatın çətinliklərinə sinə gərməyə kömək edən Müqəddəs Kitab dramlarını və filmləri.

  • YÜKLƏYİN— elektron kitabları, məqalələri və audiofaylları (pulsuz).

  • AXTARIŞ APARIN — 100-dən çox dildə olan «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»ndan istifadə edərək bilik xəzinəsinin qapılarını açın.

 ƏR-ARVADLAR ÜÇÜN

«İstəyirəm, ailəm xoşbəxt olsun. Axır vaxtlar arvadımla, sanki, daşlı-kəsəkli yolda gedirik. Uşaqlar olandan sonra isə vəziyyət lap çətinləşib. Bizə kömək lazımdır»

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Ev hikmətlə tikilər, dərrakə ilə möhkəmlənər» (Süleymanın məsəlləri 24:3).

VEB-SAYTIN FAYDALI YÖNLƏRİ

«Ər-arvad və valideynlər» bölməsi sizə aşağıda sadalananlara bənzər problemlərin öhdəsindən gəlməyə kömək edə bilər.

  • Evliliyin birinci ilindən necə «sağ çıxmaq» olar?

  • Qayınana və qayınata ilə yola getmək

  • Uşaqların tərbiyəsi

  • Mübahisə

  • Pul problemi

(MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > ƏR-ARVAD VƏ VALİDEYNLƏR bölməsinə baxın)

«Ailə xoşbəxtliyinin sirri» kitabında subay vaxtından evliliyə hazırlaşmaqdan tutmuş yaşlı valideynlərin qayğısına qalmağa qədər ailə həyatı ilə bağlı müxtəlif mövzular yer alıb.

(MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > KİTAB VƏ BROŞÜRALAR bölməsinə baxın)

 VALİDEYNLƏR ÜÇÜN

«Mənim üçün həyatda heç nə uşaqlarım qədər vacib deyil. İstəyirəm, onları elə böyüdüm ki, sabah başımı uca etsinlər»

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, o qocalanda da bu yoldan dönməz» (Süleymanın məsəlləri 22:6).

VEB-SAYTIN FAYDALI YÖNLƏRİ

«Uşaqlar» bölməsində yerləşdirilmiş şəkilli hekayələr, şəkilli tapşırıqlar, videolar və balacalar üçün olan rubrika vasitəsilə övladlarınıza aşağıdakıları öyrənməyə kömək edə bilərsiniz.

  • İtaətkar olmağı

  • Xeyirxahlığı

  • Başqaları ilə yola getməyi

  • «Çox sağ ol» deməyi

(MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > UŞAQLAR bölməsinə baxın)

«Müqəddəs Kitab hekayələri» «Böyük Müəllimdən öyrən» adlı gözəl rəsmlərlə zəngin olan bu kitablar uşaqlarınızla birgə oxumağınız üçündür.

(Həmçinin www.jw.org/az-latn saytından oxumaq olar; NƏŞRLƏR > KİTAB VƏ BROŞÜRALAR bölməsinə baxın)

 YENİYETMƏLƏR ÜÇÜN

«Məktəb, valideynlər, dostlar və əks cinslə bağlı problemlərin öhdəsindən gəlmək üçün məsləhət almaq istəyərdim. Mən artıq uşaq deyiləm, istəmirəm ki, kimsə mənə nəyisə diqtə etsin»

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin» (Vaiz 11:9).

VEB-SAYTIN FAYDALI YÖNLƏRİ

«Yeniyetmələr» bölməsində olan məqalələr və videolar sənə aşağıdakı hallarda kömək edə bilər...

  • tənhasansa

  • məktəbdə problemin varsa

  • valideynlərinin qoyduğu qayda-qanunları pozmusansa

  • sənə ilişir və ya sataşırlarsa

(MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > YENİYETMƏLƏR bölməsinə bax)

«Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci və 2-ci cildi ən çox verilən 77 vacib sualı əhatə edir.

(Həmçinin www.jw.org/az-latn saytından oxumaq olar; NƏŞRLƏR > KİTAB VƏ BROŞÜRALAR bölməsinə bax)

 MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK

«Müqəddəs Kitabı başa düşmək istəyirəm. Bilmirəm, nədən başlayım»

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim... üçün faydalıdır» (2 Timoteyə 3:16).

VEB-SAYTIN FAYDALI YÖNLƏRİ

«Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi» Müqəddəs Kitabın dəqiq və asan başadüşülən tərcüməsidir.

(NƏŞRLƏR > MÜQƏDDƏS YAZILAR bölməsinə baxın) > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB)

«Müqəddəs Yazılara aid suallara cavab» bölməsində «Allah öz bəndələrinə əzab verirmi?», «İnsan niyə ölür?» kimi suallara cavab verilir.

(MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə baxın)

«Müqəddəs Yazıları təmənnasız öyrənmək istəyirsiniz?» səhifəsinə daxil olmaqla Müqəddəs Kitabın sizə pulsuz öyrədilməsini xahiş edə bilərsiniz.

(Ön səhifədə «Müqəddəs Yazıları öyrənmək istəyirsiniz?» linkinə basın)

«Müqəddəs Kitabı başa düşmürdüm deyə daha oxumurdum. Amma bir dəfə mənimlə “Müqəddəs əttəl qaldım. Sən demə, Müqəddəs Kitab necə sadə və aydın imiş» (Kristina).

Hər gün təxminən 700 000 insan jw.org saytına daxil olur. Siz də buyurun.