Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2013

 MÜSAHİBƏ | DEVİ LOS

Biokimyaçı imanı barədə danışır

Biokimyaçı imanı barədə danışır

Belçikada yaşayan doktor Devi Los biokimyaçıdır. Bir ara o, Yaradanın varlığına şübhə edirdi və təkamülə inanırdı. Lakin sonradan onun baxışı dəyişdi. Bu tədqiqatçını həyatın əmələ gəlməsi barədə fikirlərini bir daha nəzərdən keçirməyə nə təşviq etdi? «Oyanın!» jurnalının müxbiri doktor Losdan elmi fəaliyyəti və imanı barədə müsahibə götürdü.

Elmi tədqiqatlarla nə vaxtdan məşğul olursunuz?

Universitetdə oxuyarkən kimya sahəsini seçdim. Planetimizdə ən mürəkkəb molekullar sayılan zülallar və nuklein turşuları məndə xüsusilə heyrət oyadırdı. Vaxt keçdikcə müəyyən molekulların günəş şüalarına reaksiyası ilə maraqlanmağa başladım.

Allaha inanırdınız?

Uşaq olanda inanırdım. Ancaq Löven Katolik Universitetində təhsil alarkən mənə öyrətmişdilər ki, hər şey təbii proseslər nəticəsində əmələ gəlib. Professorlar həmin prosesləri mürəkkəb dillə elə izah edirdilər ki, mənə inandırıcı gəlirdi. Təcrübəli alim olduqlarından dediklərinə şübhə etmirdim. Buna görə də Allahın varlığını qəbul etmək mənim üçün çətin oldu.

Həyatın əmələ gəlməsi barədə fikrinizi nə dəyişdi?

1999-cu ildə məktəb vaxtlarımdakı bir dostuma rast gəldim. O, Yehovanın Şahidi idi və mən onların yığıncaqlarının birində iştirak etdim. Təxminən o ərəfədə bir Yehovanın Şahidi evimizə gəlib «Qayğıkeş Yaradan mövcuddurmu?» * kitabını vermişdi.

Bu kitab sizdə necə təəssürat oyatdı?

Kitabdakı sanballı araşdırmalar məni valeh etdi. Canlıların quruluşu haqda təkamül nəzəriyyəsində deyilənlərə qarşı məndə şübhə yarandı.

Hansı canlıların quruluşu sizi daha çox valeh edirdi?

Bir biokimyaçı kimi, elmi fəaliyyətimə sianobakteriyaların (göy-yaşıl yosunlar) tərkibindəki müəyyən molekulların quruluşunu tədqiq etmək daxil idi. Okeanlarda yaşayan bu mikroorqanizmlər  qida sarıdan başqa canlılardan asılı deyillər. Bəzi tədqiqatçıların fikrincə, bu orqanizmlər planetimizdə yaşayan ilk canlılar olub. Bu bakteriyalar günəş işığının enerjisindən istifadə edərək su ilə karbon dioksidi qidaya çevirir. Alimlər olduqca mürəkkəb olan bu kimyəvi prosesin necə baş verdiyini hələ də axıra kimi anlaya bilmirlər. Sianobakteriyaların günəş enerjisini yüksək məharətlə toplamaq qabiliyyəti də məni heyran etmişdi.

Yarpaqlar da qida istehsalında günəş işığından yararlanır. Bəs bu bakteriyalarda xüsusi olan nədir?

Okeanın dibinə doğru günəş işığı zəifləyir. Buna görə də orada yaşayan sianobakteriyalar qarşılarına çıxan günəş enerjisinin hər zərrəciyini yığmalıdırlar. Onlar bunu olduqca mürəkkəb və antena rolunu oynayan işıqyığıcı sistem sayəsində edirlər. Yığılan enerji, demək olar ki, 100 faiz effektivliklə qida istehsal edilən mərkəzlərə ötürülür. Bu işıqyığıcı sistem hətta günəş batareyaları istehsalçılarının diqqətini cəlb edib. Əlbəttə, insanların ixtira etdiyi günəş batareyaları bu bakteriyada aşkar edilən işıqyığıcı sistemin effektivliyi ilə müqayisəyə gələ bilməz.

Siz bundan hansı nəticəyə gəldiniz?

Mühəndislərin canlılardakı möcüzəvi mexanizmləri təkrarlamağa çalışdıqları haqda düşündüm və belə qənaətə gəldim ki, hər şeyi Allah yaradıb

Mühəndislərin canlılardakı möcüzəvi mexanizmləri təkrarlamağa çalışdıqları haqda düşündüm və belə qənaətə gəldim ki, hər şeyi Allah yaradıb. Lakin bu nəticəyə gəlməyimdə təkcə elmi tədqiqatlarımın yox, Müqəddəs Kitabı diqqətlə araşdırmağım sayəsində öyrəndiklərimin də rolu böyük olub.

Müqəddəs Kitabın Allahdan olduğuna sizi nə əmin etdi?

Çox şey. Götürək Müqəddəs Kitab peyğəmbərliklərinin xırdalığınadək yerinə yetməsini. Misal üçün, Yeşaya peyğəmbər yüzilliklər öncə İsa Məsihin ölümü və dəfni ilə bağlı bir çox təfsilatları qələmə almışdı. Bu peyğəmbərliyin Məsihin ölümündən öncə yazılması məlumdur, çünki Yeşaya tumarının Kumran mağarasında aşkar edilən surəti İsanın dünyaya gəlməsindən təxminən yüz il öncə çıxarılmışdı.

Həmin peyğəmbərlikdə deyilir: «Qəbri pis adamların yanında quruldu, dövlətli adamın yanında dəfn olundu» (Yeşaya 53:9, 12). Maraqlıdır ki, İsa Məsih cinayətkarlarla birgə edam edildi, ancaq varlı bir ailəyə mənsub olan mağarada dəfn edildi. Bu, məni Müqəddəs Kitabın Allahdan ilham aldığına əmin edən çoxsaylı peyğəmbərliklərdən yalnız biridir (2 Timoteyə 3:16). Bir müddət sonra mən Yehovanın Şahidi oldum.

Nəyə görə Yehovanın Şahidi olmaqdan sevinc duyursunuz?

Bizim imanımız elmi faktları inkar edən kortəbii iman deyil

Bizim imanımız elmi faktları inkar edən kortəbii iman deyil. Bununla belə, əldə rəhbər tutduğumuz prinsiplər Müqəddəs Kitaba əsaslanır. Hər bir Yehovanın Şahidi kimi, mən də Müqəddəs Kitabdakı təsəlliverici xəbəri başqaları ilə bölüşməyi və insanlara suallarına cavab tapmaqda kömək etməyi sevirəm.

^ abz. 9 Bir çox dillərdə Yehovanın Şahidləri tərəfindən dərc edilib.