Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Qütb sünbülqıranının şaxtayadavamlı beyni

Qütb sünbülqıranının şaxtayadavamlı beyni

QIŞ yuxusuna gedən heyvanların bədən temperaturu aşağı düşür. Bəs o, nə qədər aşağı düşə bilər? Rekordu onlarla qütb sünbülqıranları vurub — qış yuxusu zamanı onların bədən temperaturu –2,9°C-ə düşür! Bu temperaturda heyvanların beyinlərinin donması gözlənilir. Bəs necə olur ki, qütb sünbülqıranları sağ qalır?

Fikir verin. Qış yuxusu zamanı hər iki-üç həftədən bir qütb sünbülqıranları titrəyib oyanaraq normal bədən temperaturlarına (36,4°C) qayıdırlar və 12—15 saat ərzində temperaturları aşağı düşmür. Tədqiqatçıların fikrincə, bu qısamüddətli qızınma beynin ölməməsində mühüm rol oynayır. Üstəlik, görünür, qış yuxusu zamanı qütb sünbülqıranlarının baş temperaturu bədənin qalan hissəsi ilə müqayisədə daha yüksəkdir. Laboratoriyada keçirilən təcrübə zamanı məlum olub ki, bu növdən olan sünbülqıranların boyun temperaturu heç vaxt 0,7°C-dən aşağı düşmür.

Qış yuxusundan oyanan sünbülqıranların beyni təxminən iki saatdan sonra normal fəaliyyətinə davam edir. Bir araşdırmanın nəticəsinə əsasən, sünbülqıranların beyni qış yuxusundan sonra hətta daha yaxşı işləyir! Bu «dirçəliş» ekspertləri heyran edir. Onlar bunu meşə yanğınından sonra yeni bitkilərin cücərməsinə bənzədirlər.

Tədqiqatçılar ümid edirlər ki, qütb sünbülqıranlarını tədqiq etmək onlara insan beyninin imkanları haqda daha ətraflı öyrənməkdə kömək edəcək. Alimlərin məqsədi, Alsheymer də daxil olmaqla, beyin hüceyrələrini zədələyən xəstəliklərin qarşısını almaq və hətta onların müalicəsi haqda daha çox öyrənməkdir.

Necə düşünürsünüz? Qütb sünbülqıranlarının şaxtayadavamlı beyni təkamülün nəticəsidir, yoxsa Yaradanın müdrikliyindən xəbər verir?