Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

Hara baxırdım, hər yerdə haqsızlıq görürdüm

Hara baxırdım, hər yerdə haqsızlıq görürdüm

MƏN 1965–ci ildə Şimali İrlandiyada kasıb bir ailədə doğulmuşam. Uşaqlığım Londonderri qraflığında keçib. Uşaqlıq illərim katoliklərlə protestantlar arasında 30 ildən çox davam edən qızğın münaqişə dövrünə təsadüf edib. Azlıq təşkil edən katoliklər çoxluq təşkil edən protestantlar tərəfindən ayrı-seçkiliyə məruz qalırdılar. Katoliklər protestantları işə düzələrkən, ev alarkən maneçilik törətməkdə, eləcə də seçkiqabağı fırıldaqçılıqda və zalım idarəçilikdə günahlandırırdılar.

Hara baxırdım, hər yerdə haqsızlıq və ayrı-seçkilik görürdüm. Döyüldüyüm, maşından dartılıb çıxarıldığım halların sayını itirmişəm; dəfələrlə mənə silah tuşlayıblar, polislər və əsgərlər tərəfindən axtarışa verilmişəm, sorğu-suala çəkilmişəm. Özümü haqsızlığın qurbanı hiss edirdim. Düşünürdüm, ya bu vəziyyətlə barışmalı, ya da ki mübarizə aparmalıyam!

Mən 1972-ci ildə Britaniya əsgərləri tərəfindən öldürülən 14 nəfərin xatirəsinə həsr olunmuş «Qanlı Bazar» yürüşlərində, həmçinin 1981-ci ildə aclıq aksiyası nəticəsində həbsxanada ölən respublikaçıların şərəfinə keçirilən yürüşlərdə də iştirak etmişəm. Hər yerdə qadağan edilmiş bayraqları ucaldır və Britaniya əleyhinə şüarlar yazırdım. Katoliklərə  qarşı törədilən o qədər zorakılıq və qətl halları olurdu ki, etiraz etmək üçün həmişə səbəb tapılırdı. Adi parad və ya yürüş kimi başlanan nümayişlər, adətən, irimiqyaslı iğtişaşlara çevrilirdi.

Universitetdə oxuyarkən ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyaları keçirən tələbələrə qoşulmuşdum. Sonradan Londona köçdüm, orada da kasıbların hesabına yuxarı təbəqəni varlandıran dövlətin siyasətinə qarşı keçirilən ictimai yürüşlərdə iştirak etmişdim. Mən həmçinin həmkarlar ittifaqının maaşların azaldılması ilə bağlı tətillərində, eləcə də 1990-cı ildə böyük kütlənin Trafalqar meydanına axışması ilə nəticələnən can vergisinə qarşı keçirilən etiraz yürüşlərində iştirak etmişəm.

Axırda xəyallarım suya düşdü. Etiraz nümayişləri bizi məqsədlərimizə çatdırmaq əvəzinə, aranı daha da qızışdırırdı.

Niyyətlərinin yaxşı olmasına baxmayaraq, insanlar heç vaxt yer üzündə ədalət və bərabərlik yarada bilməzlər

Elə bu ərəfədə dostum məni Yehovanın Şahidləri ilə tanış etdi. Onlar mənə Müqəddəs Kitabdan Allahın əzablarımızı gördüyünü və insanlara dəyən bütün zərəri tezliklə aradan qaldıracağını göstərdilər (Yeşaya 65:17; Vəhy 21:3, 4). Niyyətlərinin yaxşı olmasına baxmayaraq, insanlar heç vaxt yer üzündə ədalət və bərabərlik yarada bilməzlər. Bizə Allahın rəhbərliyi lazımdır. Bundan savayı, dünyanı ağuşuna alan problemlərin arxasında duran gözəgörünməz şeytani qüvvələri yalnız Allah aradan qaldırmaq iqtidarındadır (Yeremya 10:23; Efeslilərə 6:12).

İndi mən başa düşürəm ki, ədalətsizliyə qarşı etdiyim etirazlar batmaq üzrə olan gəmidə yerimi rahatlamağa bənzəyirdi. Yer üzündə haqsızlığın olmayacağı, bütün insanların bərabər hüquqa sahib olacağı bir vaxtın gələcəyini biləndə ürəyim xeyli sakitləşdi.

Müqəddəs Kitab öyrədir ki, Yehova Allah «ədaləti sevir» (Məzmur 37:28). Bu, bizdə əminlik yaradır ki, insan hakimiyyətinin yarada bilmədiyi ədaləti Yehova Özü bərqərar edəcək (Daniel 2:44). Bu haqda daha çox öyrənmək üçün sizi ərazinizdəki Yehovanın Şahidləri ilə əlaqə saxlamağa və ya rəsmi www.jw.org/az-latn veb-saytımıza daxil olmağa dəvət edirik.

Əlavə məlumat

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?