Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

 ÜZ QABIĞINDA

Etiraz aksiyaları problemlərin həllidirmi?

Etiraz aksiyaları problemlərin həllidirmi?

Bu jurnalı dərc edən Yehovanın Şahidləri siyasətə qarışmırlar (Yəhya 17:16; 18:36). Bu məqalədə konkret ictimai iğtişaşlardan söhbət getsə də, onlar heç bir milləti digərindən üstün saymır və siyasi məsələlərdə tərəf tutmurlar.

DEKABRIN 17–si 2010-cu ildə Məhəmməd Buəzizinin səbir kasası daşır. Küçədə meyvə-tərəvəz satan bu 26 yaşlı Tunis sakini yaxşı iş tapa bilmədiyi üçün özünü əlacsız hiss edirdi. O, məmurların rüşvətxor olduğunu yaxşı bilirdi. Günlərin bir günü müfəttişlər Məhəmmədin satdığı armud, banan və almanı müsadirə edirlər. Tərəzisini götürmək istəyəndə isə o, buna qarşı çıxır. Orada olan bəzi şahidlərin sözlərinə görə, hətta bir qadın polis ona şillə vurur.

Özünü alçaldılmış hiss edən və özündən çıxan Məhəmməd yaxınlıqda yerləşən dövlət idarəsinə gedib şikayət edir, amma onun şikayətinə məhəl qoyan olmur. Binanın qabağında durub o, dəfələrlə: «Deyin görüm, mən ailəmi necə dolandırım?!» — deyə qışqırır. Sonra üstünə benzin tökür və kibriti çəkib özünü yandırır. Aldığı yanıq xəsarətindən üç həftə çəkmir ki, o ölür.

Məhəmməd Buəzizinin əlacsızlıq ucbatından atdığı bu addım Tunisdə və ölkədən kənarda böyük səs-küyə səbəb oldu. Çoxlarının fikrincə, onun bu hərəkəti Tunisdə mövcud rejimin devrilməsinə təkan verdi və çox keçmədi ki, digər ərəb ölkələrini də etiraz dalğası bürüdü. 2011-ci ildə Avropa Parlamenti Buəzizini və digər dörd nəfəri «Saxarov adına Fikir Azadlığı» mükafatı ilə təltif etdi. Londonun «Tayms» qəzeti isə onu 2011-ci ilin adamı elan etdi.

Bu nümunədən göründüyü kimi, etiraz böyük qüvvəyə malik ola bilər. Bəs son zamanlar baş verən etiraz aksiyalarının səbəbi nədir? Alternativ yol varmı?

 Etiraz aksiyalarının artma səbəbləri

Bir çox etiraz aksiyalarının səbəbləri aşağıdakılardır:

  • Sosial sistemlərdən narazıçılıq. Vətəndaşlar biləndə ki, dövlət və maliyyə sistemi onların xeyri üçün çalışır, etiraz etmək fikirləri olmur — onlar başlarını aşağı salıb mövcud quruluş çərçivəsində öz problemlərini həll edirlər. Amma insanlar rüşvətxorluq və haqsızlığın baş alıb getdiyini, yalnız az sayda insanın yağ-bal içində yaşadığını görəndə ictimai iğtişaşlar üçün zəmin yaranır.

  • Təkan. Çox vaxt insanların hərəkətə keçməsinə hansısa hadisə təkan verir. Məsələn, Tunisdə kütləvi etirazların səbəbi Məhəmməd Buəzizinin hadisəsi olmuşdu. Hindistanda Anna Hazare adlı məşhur fəalçının rüşvətxorluğa qarşı başladığı aclıq aksiyası 450 şəhər və kənddə tərəfdaşlarının ayağa qalxmasına təkan vermişdi.

Müqəddəs Kitabda əsrlər öncə bizim dövr haqqında peyğəmbərlik edilmişdi ki, bəziləri hakimiyyət sürəcək, digərləri isə onların əsarəti altında əziyyət çəkəcəklər (Vaiz 8:9). Əvvəlki dövrlərə baxanda indiki dövrdə korrupsiya və ədalətsizlik daha geniş yayılıb. Bu gün insanlar siyasi və maliyyə sistemlərinin onların ümidlərini necə puça çıxardığından daha çox xəbərdardırlar. Smartfonlar, İnternet və 24 saatlıq xəbər buraxılışları sayəsində ucqar ərazidə baş verən hadisə belə genişmiqyaslı iğtişaşlara təkan ola bilər.

Etirazçılar nəyə nail olur?

Etiraz aksiyalarının tərəfdarlarının fikrincə, bunların sayəsində aşağıdakılara nail olunur:

  • Kasıblar ağ günə çıxır. 1930-cu illərin Böyük Depressiyası vaxtı Çikaqoda (ABŞ, İllinoys ştatı) baş verən kirayəçilərin qiyamından sonra şəhər məmurları insanların qaldıqları mənzillərdən çıxarılmasını dayandırdılar və bəzi qiyamçılar işlə təmin edildi. Nyu–York şəhərində keçirilən buna bənzər etiraz aksiyalarının nəticəsində qaldıqları evdən çıxarılmış 77 000 ailə geri qaytarıldı.

  • Ədalət öz yerini tapır. 1955—1956-cı illərdə Montqomeri şəhərində (ABŞ, Alabama ştatı) avtobuslara edilən boykot nəticəsində oturma qaydası ilə bağlı seqreqasiya qanunu ləvğ edildi.

  • Tikinti layihələri dayandırılır. 2011-ci ilin dekabr ayında on minlərlə insan ətraf mühitin çirklənməsindən narahat olaraq Honkonq yaxınlığında kömür elektrik stansiyasının tikintisinə etiraz etmiş və nəticədə layihə dayandırılmışdı.

Bəzən etirazçılar nəyəsə nail olurlar. Lakin problemləri yerli-köklü yalnız Allahın hökuməti həll edəcək

 Əlbəttə ki, etirazçılar həmişə istəklərinə nail olmurlar. Məsələn, rəhbərlər etirazçıların tələblərini yerinə yetirmək əvəzinə, onları cəzalandırmaq qərarına gəlirlər. Bu yaxınlarda Orta Şərq ölkələrinin prezidentlərindən biri etiraz hərəkatları ilə bağlı növbəti sözləri demişdi: «Biz onların payını dəmir yumruqla verməliyik». Və həmin ərəfədə minlərlə etirazçı ölmüşdü.

Hətta etirazçılar öz məqsədlərinə çatsalar belə, yeni problemlər qaçınılmazdır. Bir Afrika ölkəsinin prezidentinin devrilməsində iştirak edən bir kişi «Taym» jurnalına verdiyi müsahibəsində yeni rejim haqqında belə demişdi: «Bu, dərhal xaosa çevrilən bir xülya idi».

Daha yaxşı yol varmı?

Bir çox tanınmış insanların fikrincə, zülmkar sistemlərə qarşı etiraz etmək insanın mənəvi borcudur. Misal üçün, insan hüquqları uğrunda fəaliyyətinə görə uzun illər həbsxanada yatan Çexiyanın sabiq prezidenti mərhum Vatslav Havel 1985-ci ildə yazmışdı: «[Dissident] versə-versə, yalnız öz canını verə bilər. Çünki inandığı həqiqətləri sübuta yetirməyin başqa yolu yoxdur».

Məhəmməd Buəzizinin və digərlərinin əlacsızlıqdan atdığı  addımlar vaxtilə Havelin dediyi sözləri təsdiq edir. Bu yaxınlarda bir Asiya ölkəsində dini və siyasi repressiyaya etiraz əlaməti olaraq onlarla insan özünü yandırmışdı. Bu kimi radikal addımların arxasında duran hisslər barədə bir kişi «Nyusuik» jurnalına demişdi: «Bizim silahımız yoxdur. Biz başqalarına zərər vurmaq istəmirik. Başqa əlimizdən nə gəlir ki?»

Ədalətsizliyə, rüşvətxorluğa və zülmə necə son qoyulacağı Müqəddəs Kitabda deyilir. Orada Allahın göylərdə qurduğu bir hökumətdən bəhs edilir. Tezliklə bu hökumət insanların etirazlarına səbəb olan, uğursuzluğa uğrayan siyasi və maliyyə sistemlərini məhv edəcək. Sözügedən bu hökumətin Rəhbəri haqda bir peyğəmbərlikdə yazılıb: «O imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri... hədə-qorxudan, zorakılıqdan qurtarır» (Məzmur 72:12, 14).

Yehovanın Şahidləri inanırlar ki, yer üzündə əsil sülhü bərqərar edəcək yeganə hökumət Allahın Padşahlığıdır (Matta 6:9, 10). Onlar heç bir etiraz aksiyasına qoşulmurlar. Bəs Allahın hökumətinin etirazlara səbəb olan amilləri aradan qaldıra biləcəyi fikri gerçəklikdən uzaqdırmı? İlk baxışdan belə görünə bilər. Amma bir çoxları Allahın rəhbərliyinə tam etibar edir. Nəyə görə siz də belə etməyəsiniz?