Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

İSVEÇRƏ

İsveçrədə keçirilən bir tədqiqata əsasən, yaşı 60-dan çox olan insanın doğum günündə ölmə ehtimalı başqa günlərlə müqayisədə 14 faiz çoxdur. Ad günlərində ürək tutmasından ölən insanların sayı 18 faiz, insult keçirən qadınların sayı 21 faiz, intihar edən kişilərin sayı isə 35 faiz daha çoxdur. Alimlərin fikrincə, intihar hallarının və bədbəxt hadisələrin artmasının səbəbi stress və spirtli içkilərdir. Araşdırmanın nəticələrini təkzib edən mütəxəsislər isə bir çox hallarda ölüm gününün doğum günü ilə üst-üstə düşməsinə səbəb kimi qeydiyyat zamanı ölüm tarixinin doğum tarixi ilə səhv salınmasını göstərirlər.

İSRAİL

CV-yə öz fotoşəkillərini əlavə edən yaraşıqlı kişilərin iş üçün müsahibəyə dəvət alma ehtimalı cazibədar qadınlarınkından daha çoxdur. Nəyə görə? İsrailli tədqiqatçıların fikrincə, buna səbəb müsahibəyə kimlərin çağrılıb-çağrılmayacağına qərar verən kadrlar şöbələrinin, əsas etibarilə, qadın işçilərdən ibarət olması ola bilər. «Ekonomist» jurnalında qeyd edilir ki, «gözəl qadın namizədlərinin ayrı-seçkiliyə məruz qalmasının xoşagəlməz səbəbi ta qədimdən mövcud olan paxıllıqdır».

ABŞ

Bu yaxınlarda üç pasifist — 82 yaşlı rahibə, biri 63, o biri isə 57 yaşında iki nəfərlə birgə Tennessi ştatının Ok-Ric şəhərində yerləşən və 100 ton nüvə materialı saxlanılan obyektin müdafiə sistemini yarıb keçərək, binaların birində müharibə əleyhinə şüarlar yazmışdır. ABŞ-ın energetika naziri Stiven Çu «dünyanın ən təhlükəsiz obyektlərindən biri olmalı olan» obyektin təhlükəsizlik sistemindəki boşluğu «böyük narahatçılıq doğuran amil» adlandırdı.

AVSTRALİYA

Avstraliyanın ali məhkəməsi tütün şirkətlərindən siqaret qutularının üzərindəki rəngləri və şüarları götürməyi tələb edir. İndi bütün siqaretlər üzərində siqaret çəkməyin təhlükəli olduğunu göstərən şəkillərin yer aldığı solğun tünd-qəhvəyi qutularda satılmalıdır.