Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

 ÖLKƏLƏR VƏ XALQLAR | AZƏRBAYCAN

Azərbaycana səyahət

Azərbaycana səyahət

AZƏRBAYCAN Cənubi Qafqazın üç ölkəsindən ən böyüyüdür. Təxminən min il bundan əvvəl türk tayfaları kütləvi şəkildə bu ərazidə məskən salmağa başladı. Bu köçərilər yerli əhalinin, yerli əhali isə onların bəzi adət-ənənələrini mənimsəmişlər. Buna görə də təəccüblü deyil ki, Azərbaycan dili türk və türkmən dillərinə çox oxşayır.

Azərbaycan xalqı gülərüzlüyü və mehribanlığı ilə tanınır. Ailə və qohumluq bağları çox möhkəmdir, onlar xeyirdə-şərdə bir-birlərinə əl tuturlar.

Bir xalq kimi, azərbaycanlılar musiqini və poeziyanı sevirlər. Musiqinin bir janrı olan muğam klassik Azərbaycan nəzm əsərlərinin xalq çalğı alətlərinin müşayiətilə ifa edilməsidir. Xanəndə ənənəvi muğamın əsaslarını bilməlidir və onun improvizə etmək məharəti olmalıdır.

Azərbaycan mədəniyyətində çayın öz yeri var

 Azərbaycan mədəniyyətində çayın öz yeri var. Çay armudu stəkanda kəllə qəndlə içilir. Adətən, çayın yanında süfrəyə limon və ləb-ləbi də qoyulur. Çay evlərinə ən ucqar kəndlərdə belə rast gəlmək olar.

Ölkənin şərqində yerləşən Xəzər dənizi nərə balıqlarının məskənidir. Nərəkimilərə aid olan ağ balıq (beluqa) 100 ildən çox yaşayır. İndiyədək bu dənizdə tutulan ən böyük ağ balıqlardan birinin uzunluğu 8,5 metr, çəkisi isə 1297 kiloqram olmuşdur. Nərə balıqları məşhur və bahalı qara kürüsünə görə qiymətli balıq hesab edilir.

Azərbaycanlılar Allah haqda söhbət etməyi sevən dindar insanlardır. Əhalinin böyük qismi müsəlmandır. Əksəriyyəti azərbaycanlı olan mindən çox Yehovanın Şahidi də daxil olmaqla, burada digər dinlər də var.

Azərbaycan xalq ifaçıları

BİLİRSİNİZMİ?

Bütün dünyada Yehovanın Şahidləri «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının vasitəsilə insanlara Allahın Kəlamını öyrənməyə kömək edirlər. Bu vəsait, Azərbaycan dili də daxil olmaqla, 250-dən çox dildə əlçatandır.