Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2013

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

Meksika körfəzi

2010-cu ilin aprel ayında Meksika körfəzindəki neft platformalarının birində baş verən qəzadan sonra üç ay ərzində okeana külli miqdarda neft və qaz axmışdı. Bir qrup tədqiqatçının apardığı araşdırmaya əsasən, bu hadisədən iki ay yarım sonra çirkləndirici maddələrin bəziləri yoxa çıxmışdı. Onlar belə bir nəticəyə gəlmişlər ki, həmin maddələri metan qazı ilə «qidalanmağı sevən» bakteriyalar udub. Ancaq bəzi mütəxəssislər buna şübhə ilə yanaşırlar. Onların fikrincə, neftin böyük qismi okeanın dibinə çöküb.

Rusiya

«Bir sorğunun nəticəsinə görə, 18—35 yaşadək olan rusların 59 faizi fikirləşir ki, “həyatda uğur qazanmaq üçün bəzən insan öz əxlaq dəyərlərini və prinsiplərini pozmalıdır”», — deyə «Rossiyskaya qazeta» xəbər verir.

Peru

İndiyədək aşkar edilən ən qədim qarğıdalı nümunələri (şəkildəki kimi) şimali Peru sakinlərinin ən azı 3000 il bundan əvvəl qarğıdalı partlağı (popkorn) və qarğıdalı unu hazırladığını düşünməyə əsas verir.

İtaliya

Adria-Roviqonun katolik yepiskopu Lusio Soravito de Françeska qeyd edib ki, dini xəbər «insanlarla birbaşa təmasda olmalıdır», yəni onların yaşadığı yerdə çatdırılmalıdır. «Biz ruhani qayğımızı kilsə zəngini çalmaqla yox, qapı zəngini çalmaqla ifadə etməliyik», — deyə o bəyan edib.

Cənubi Afrika

Tibbi məqsədlər üçün istifadə olunan kərgədan buynuzunun 1 kiloqramının qiyməti qara bazarda 65 000 dollara qədər qalxıb. 2011-ci ildə təkcə Cənubi Afrikada brakonyerlər tərəfindən öldürülən kərgədanların sayı rekord həddə çatıb — 448. Avropada muzey və hərrac zalları kərgədan buynuzlarını ələ keçirmək istəyən quldur dəstələrinin hücumlarına məruz qalır. Hətta Avropa heyvanxanalarında saxlanılan kərgədanlar belə təhlükə altındadır.