Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

Oxucuların sualları

Oxucuların sualları

Bəzi ölkələrdə insanlar yas əlaməti olaraq bir neçə ay, hətta bir neçə il qara geyinirlər. Məsihilərin bu məqsədlə qara geyinməsi düzgündür?

İsa Məsih yerdə yaşayan dövrdə insanlar yas əlaməti olaraq oruc tuturdular. Məsihin şagirdlərinin oruc tutmadığını görən insanlar ona yaxınlaşıb bunun səbəbini soruşdular. İsa onlara dedi: «Bəy dostları ilə olanda heç dostlar yas tutar? Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar» (Mət. 9:15). İsa yanlarında olduğu üçün şagirdlərin yas tutmağına ehtiyac yox idi. Amma İsa öldürüləndə yas saxlamaq və oruc tutmaq üçün səbəb olacaqdı. Məsih diriləndən və Padşah kimi taxta çıxandan sonra onun davamçıları üçün yas saxlamağa səbəb yox idi. Məsihin dirilməsi ölən əzizlərimizin diriləcəyinə ümid verir. Buna görə də əzizimiz öləndə özümüzü dirilməyə ümid etməyən insanlar kimi aparmamalıyıq. Müqəddəs Kitabda deyilir: «Qardaşlar, ümidi olmayan digər insanlar kimi kədərlənməyəsiniz deyə, ölüm yuxusuna gedənlər barədə sizi bixəbər qoymaq istəmirik. Əgər biz İsanın öldüyünə və sonra dirildiyinə inanırıqsa, onda buna da inanırıq ki, İsanın sadiq davamçısı kimi ölüm yuxusuna gedənləri Allah dirildib ona qovuşduracaq» (1 Salon. 4:13, 14).

Buna görə də bu şeyləri dərindən dərk edən məsihi başqalarına yaslı olduğunu göstərmək üçün yas paltarı geyinməyəcək. Keçmişdə də oruc tutan insan kefsiz duraraq oruclu olduğunu nümayiş etdirməməli idi. Bununla bağlı İsa demişdi: «Oruc tutanda özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar. Sən isə oruc tutanda başına yağ sürt və üzünü yu ki, sənin oruc tutduğunu insanlar yox, gözəgörünməz Atan görsün. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək» (Mət. 6:16—18). Məsihilər dirilməyə ümidi olmayan insanlar kimi yaslı olduqlarını aləmə nümayiş etdirməməlidirlər. Bütün bu amilləri nəzərdən keçirəndən sonra hər kəs yas saxlamaqla və qara geyinməklə bağlı öz vicdanına əsasən qərar verməlidir.