Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

İş böyükdür

İş böyükdür

DAVUD PADŞAH Yerusəlimdə çox mühüm bir görüş təşkil edib. O, bütün başçıları, saray məmurlarını, igid və bacarıqlı kişiləri hüzuruna toplayıb. Padşahın onlara mühüm bir xəbəri var: Yehova Allahın buyruğu ilə padşahın oğlu Süleyman Allahın adına ibadətgah tikməlidir. Allahın ruhu ahıl yaşlı Davud padşaha məbədin layihəsini əyan edib, padşah da layihəni Süleymana ötürüb. Davud deyir: «İş... böyükdür. Çünki məbəd insan üçün yox, Yehova Allah üçün tikiləcək» (1 Saln. 28:1, 2, 6, 11, 12; 29:1).

Sonra Davud üzünü camaata tutub deyir: «Kim Yehovaya könüllü bəxşiş vermək istəyirsə, buyursun versin» (1 Saln. 29:5). Əgər həmin vaxt orada olsaydınız, neyləyərdiniz, bu çağırışa necə hay verərdiniz? İsraillilər bu çağırışı can-dildən dəstəklədilər. «Camaat... könüllü təqdimələri gətirdiyinə görə sevinirdi, çünki bunları Yehovaya ürəkdən vermişdilər» (1 Saln. 29:9).

Əsrlər sonra Yehova Allah o məbəddən daha əzəmətli bir bina inşa etdi, gözə-görünməz möhtəşəm bir məbəd ucaltdı: indi bu məbədin sayəsində insanlar İsa Məsihin fidyə qurbanlığı vasitəsilə Ona yaxınlaşa bilər (İbr. 9:11, 12). Bu gün Yehova Allah şagird hazırlamaq işi vasitəsilə insanları Özü ilə barışdırır (Mət. 28:19, 20). Bu iş gözəl bəhrələr gətirir: hər il milyonlarla insana Müqəddəs Kitab dərsi keçilir, minlərlə şagird vəftiz olur və yüzlərlə yeni yığıncaq yaranır.

Bu tərəqqi, öz növbəsində, başqa sahələrdə də tərəqqi etməyi tələb edir; nəşrlərin sayını artırmaq, ibadət evlərini təmir etmək, yeni ibadət evləri və toplantı zalları tikmək lazım gəlir. Sözsüz, siz də razı olacaqsınız ki, müjdənin təbliği çox böyük və bəhrəli işdir (Mət. 24:14).

Yaradanımıza və insanlara bəslədiyimiz məhəbbət, təbliğ işinin təcili olması bizi Yehovaya könüllü bəxşiş verməyə təşviq edir. Sərvətimizlə Yehovanı şərəfləndirmək və ianə edilən vəsaitlərin bəşər tarixinin ən böyük işi üçün hikmətlə istifadə olunduğunu görmək hər birimizə çox xoşdur! (Məs. 3:9).

  • Daşınmaz əmlak: Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filialla əlaqə saxlayın.

  • Vəsiyyətnamə: Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.