Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

Bir sözün daşıdığı dərin məna

Bir sözün daşıdığı dərin məna

İSA MƏSİHİN dövründə kişilər hörmət əlaməti olaraq əks cinsə «qadın» deyə müraciət edirdilər. İsa Məsih də bu sözdən istifadə edirdi. Məsələn, Məcdəlli Məryəm sərdabənin yanında durub ağlayanda İsa ona demişdi: «Ey qadın, niyə ağlayırsan?» (Yəh. 20:15, «Müqəddəs Kitab Şirkəti», 2009). Həmçinin on səkkiz il naxoş olan və beli tamam bükülmüş qadını sağaldandan sonra da İsa ona bu sözlə müraciət etmişdi (Luka 13:10—13, «Müqəddəs Kitab Şirkəti», 2009). Ancaq o vaxtlar «qadın» sözündən də nəvazişli söz var idi.

Bu, «qızım» sözüdür. Müqəddəs Kitabda bu söz ancaq bir neçə qadına aid işlənib. Məsələn, İsa 12 il qanaxmadan əziyyət çəkən qadına «qızım» demişdi. Bu qadının İsaya yaxınlaşması Musanın qanununa zidd idi, çünki qanuna görə qanaxması olan qadın murdar sayılırdı. Bu vəziyyətdə o, heç kimə yaxınlaşmamalı idi (Lav. 15:19—27). Amma bu yazıq qadın naçar qalmışdı. Üstəlik, «həkimlərin əlindən çox əzab çəkmişdi, bütün varını-yoxunu müalicəyə xərcləmiş, amma dərdinə əlac tapılmamışdı, əksinə, vəziyyəti daha da pisləşmişdi» (Mark 5:25, 26).

Bu qadın sakitcə izdihamın arasından keçib İsaya yaxınlaşır və arxadan onun paltarının saçağına toxunur. Qanaxma elə həmin andaca dayanır! Qadın ümid edir ki, onu heç kim görməyəcək, amma birdən İsa deyir: «Mənə kim toxundu?» (Luka 8:45—47). Qorxudan tir-tir əsən qadın «İsanın ayaqlarına düşdü və həqiqəti açıb ona danışdı» (Mark 5:33).

Onu sakitləşdirmək üçün İsa Məsih mehriban şəkildə deyir: «Qorxma, qızım» (Mət. 9:22, haş.). Müqəddəs Kitab üzrə alimlərin sözlərinə əsasən, ibrani və yunan dillərində «qızım» sözü bəzi hallarda məcazi mənada işlənir, mərhəmət və nəvazişi bildirirdi. Qadına ürək-dirək vermək üçün İsa deyir: «İmanın səni sağaltdı. Salamat get. Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin» (Mark 5:34).

Varlı insan olan israilli Buəz də muabi Ruta «qızım» deyərək müraciət etmişdi. Rut da özünü narahat hiss edirdi, çünki tanımadığı bir adamın zəmisində başaq yığırdı. Buəz ona dedi: «Qızım,... başaq yığmaq üçün o biri zəmilərə getmə, burada qal». Rut yerə qədər təzim etdi və Buəzin ona, qərib bir qadına qarşı niyə belə xeyirxah olduğunu soruşdu. Buəz növbəti sözlərlə Rutu ürəkləndirdi: «Qayınanan [dul Naimə] üçün etdiyin hər şeydən... xəbərim var. Qoy Yehova sənə bunun əvəzini versin!» (Rut 2:8—12).

Bəli, İsa Məsih və Buəz məsihi ağsaqqallar üçün gözəl nümunədir! Hərdən iki ağsaqqal məsihi bacıya ruhani cəhətdən kömək etmək və ruhlandırmaq üçün onu ziyarət edir. Yehovadan duada rəhbərlik istəmək və bacıya diqqətlə qulaq asmaq ağsaqqallara onu ürəkləndirməyə və ona Allahın Kəlamından təsəlli verməyə kömək edəcək (Rom. 15:4).