Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2016

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

İsa Məsih Mətta 18:15—17 ayələrindəki məsləhəti hansı günahlarla bağlı vermişdi?

İsa bu məsləhəti iki nəfərin arasında həll olunmalı məsələlərlə bağlı vermişdi. Əgər dindaşına qarşı günah edən adam həmin bacıya və ya qardaşa, şahidlərə və yığıncağa qulaq asmırsa, onu yığıncaqdan kənar edirlər. Məsələn, bu günahlara böhtan və fırıldaq daxildir (w16.05 s. 7).

Müqəddəs Kitabdan oxuduqlarınızın bizə fayda gətirməsi üçün nə etməliyik?

Oxuyanda geniş düşünməli, oxuduqlarımızı özümüzə aid etməliyik. Özümüzə növbəti sualı verə bilərik: «Buradan öyrəndiklərimlə başqalarına necə kömək edə bilərəm?» Həmçinin əlimizdə olan vəsaitlərin köməyilə oxuduğumuz mövzu ətrafında araşdırma aparmaq olar (w16.05 s. 24—26).

Məsihinin yas saxlaması qəbahətdir?

Dirilməyə inam bizi itkinin çəkdirdiyi acıdan xilas etmir. İbrahim peyğəmbər də arvadı Saraya görə yas saxlamışdı (Yar. 23:2). Vaxt keçdikcə kədər azalacaq (wp16.3 s. 4).

Hizqiyalın vəhydə gördüyü belində qələm-davat olan adam və əli toppuzlu altı nəfər kimi təmsil edir?

Onlar Yerusəlimin məhvində iştirak etmiş və Armageddonda iştirak edəcək səmavi ordunu təmsil edir. Belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, böyük müsibətdə xilas hökmü çıxardığı insanların alnına məcazi mənada işarə qoyacaq (w16.06 s. 16, 17).

Allah Müqəddəs Kitabı nələrdən qoruyub?

1) Müqəddəs Kitabın yazıldığı materiallar çürüsə də, onun mətnini köçürülmə yolu ilə qorudu; 2) onu məhv etmək istəyən dövlət başçılarından və din xadimlərindən qorudu; 3) mətnini təhrif etmək istəyən insanlardan qorudu (wp16.4 s. 4—7).

Məsihilər həyatlarını necə sadələşdirə bilərlər?

Əslində nəyə ehtiyac duyduqlarını müəyyən etməli və lazımsız əşyalara pul xərcləməməlidirlər. Ay ərzində dolanmaq üçün nə qədər pul lazım olduğunu müəyyən etməli, istifadə etmədikləri əşyalardan azad olmalı və borcları qaytarmalıdırlar. İş saatlarını azaltmalı və xidmətlərini genişləndirmək barədə düşünməlidirlər (w16.07 s. 10).

Müqəddəs Kitab nəyi qızıldan və gümüşdən qiymətli adlandırır?

Əyyub 28:12, 15 ayələrinə əsasən ilahi hikmət qızıldan və gümüşdən dəyərlidir. Amma hikmətə sahib olduqca çalışın aldığınız biliklər imanınızı möhkəmləndirsin, sizdə qürur yaratmasın (w16.08 s. 18, 19).

Məsihi kişi saqqal saxlaya bilər?

Bəzi ərazilərdə səliqəli saqqal saxlamağa camaat normal baxır. Həmin ərazilərdə saqqal saxlamaq təbliğ işinə mənfi təsir göstərmir. Buna baxmayaq, bəzi qardaşlar saqqal saxlamaq istəmir (1 Kor. 8:9). Bəzi ərazilərdə isə məsihilərin saqqal saxlaması düzgün deyil (w16.09 s. 21).

Nəyə görə Davud peyğəmbərlə Calutun əhvalatının gerçək olduğuna əmin ola bilərik?

Calutun boyu müasir dövrdə yaşamış ən hündür adamın boyundan təxminən 15 santimetr hündür olub. Üzərində «Davudun evi» yazılmış qədim kitabə və İsa Məsihin şəhadəti Davud peyğəmbərin gerçək şəxsiyyət olduğunu sübut edir. Bu hadisə ilə bağlı Müqəddəs Kitabda adı çəkilən ərazilər bu gün də mövcuddur (wp16.5 s. 13).

Bilik, dərrakə və hikmət arasında hansı fərq var?

Çoxlu məlumat əldə edən insana bilikli insan deyilir. Bir məlumatın o birisi ilə necə bağlı olduğunu başa düşən insan dərrakəli insan sayılır. Aldığı biliyi dərk edib əməldə göstərən insana isə hikmətli insan deyilir (w16.10 s. 18).