Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 5, 2016

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Acıqlı və qəddar idim

Acıqlı və qəddar idim
  • DOĞULDUĞU İL: 1974

  • ÖLKƏ: MEKSİKA

  • KEÇMİŞDƏ: ZORAKI VƏ DAVAKAR OLUB

KEÇMİŞİM:

Mən Tamaulipas ştatının (Meksika) gözəl bölgəsi sayılan Siudad Mante şəhərində anadan olmuşam. Bizim şəhərin camaatı əliaçıq və mehriban insanlardır. Ancaq təəssüflər olsun ki, cinayətkar dəstələr ucbatından ərazi çox təhlükəlidir.

Ailədə dörd uşaq idik. Mən evin 2-ci uşağı idim. Valideynlərim məni katolik kilsəsində vəftiz etmişdilər. Sonradan mən kilsənin xorunda oxumağa başladım. İstəyirdim Allah məndən razı qalsın, çünki Onun hökmündən və məni cəhənnəmdə yandırmasından çox qorxurdum.

Mənim beş yaşım olanda atam bizi tərk elədi. Bu, məni dərin kədərə qərq etmişdi, daxilimdə boşluq hiss edirdim. Başa düşə bilmirdim ki, biz onu bu qədər sevərkən bizi niyə atıb getdi. Anam dörd oğula baxmaq üçün gecə-gündüz işləməli olurdu.

Mən bu vəziyyətdən istifadə edib dərsdən qaçır, özümdən böyük uşaqlarla avaralanırdım. Onlar mənə söyüş söyməyi, siqaret çəkməyi, oğurluq etməyi və dalaşmağı öyrətdilər. Başqaları üzərində ağalıq etməyi sevdiyim üçün boksu, güləşi və hər cür döyüş növlərini, həmçinin silahdan istifadə etməyi öyrəndim. Artıq yeniyetmə yaşlarından qəddar olmuşdum. Mən tez-tez silahlı atışmalarda iştirak edirdim. Hətta bir neçə dəfə yolun ortasında qan içində ölü vəziyyətdə qalmışam. Yazıq anam dəfələrlə məni bu vəziyyətdə tapıb xəstəxanaya aparırdı. Mən ona çox əziyyət vermişəm.

Bir gün uşaqlıq dostum Hore bizə qonaq gəldi. O vaxt mənim 16 yaşım var idi. O Yehovanın Şahidi olduğunu dedi və bildirdi ki, bizimlə vacib bir xəbər bölüşmək istəyir. Hore Müqəddəs Kitab vasitəsilə öz etiqadını bizə izah etdi. Mən heç vaxt Müqəddəs Kitabı oxumamışdım. Allahın adını eşidəndə və Onun bizə qarşı hansı niyyətdə olduğunu biləndə çox sevindim. Hore bizə təklif etdi ki, onunla birgə Müqəddəs Kitabı öyrənək, biz də razı olduq.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Müqəddəs Kitabdan oxuyub biləndə ki, cəhənnəm deyilən bir şey yoxdur, çox rahatlaşdım (Zəbur 146:4; Vaiz 9:5). Artıq Allaha qarşı vahiməli qorxum keçib getdi. İndi bilirəm ki, Allah bizi sevir və yaxşılığımızı istəyir.

 Müqəddəs Kitabı oxuduqca başa düşürdüm ki, xasiyyətimi dəyişməliyəm, həlim olmalıyam, zorakı həyatdan uzaqlaşmalıyam. Allahın Kəlamında yazılmış bir ayənin mənə böyük köməyi dəydi. Ayədə deyilir: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33). Anladım ki, əgər dəyişilmək istəyirəmsə, məni pis yola çəkən dostlarımla münasibəti kəsməliyəm. Beləcə mən onlardan uzaqlaşdım. Özümə Yehovanın Şahidləri arasından dostlar seçdim. Bu insanlar aralarında fikir ayrılıqları olanda məsələni yumruqla yox, Allahın Kəlamında verilən məsləhətlərə uyğun həll edirlər.

Mənə təsir edən digər bir ayə isə bu oldu: «Heç kimə pislik əvəzinə pislik etməyin... İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, siz qisasınızı almayın... Çünki yazılıb: “Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”» (Romalılara 12:17—19). Qəbul etdim ki, haqsızlığı Yehova Özü məsləhət bildiyi vaxt və məsləhət bildiyi tərzdə aradan qaldıracaq. Beləcə, yavaş-yavaş zorakı təbiətimi dəyişdim.

Bir gün axşam evə qayıdarkən başıma gələn bir hadisə heç vaxt yadımdan çıxmaz. Əvvəllər düşmənçilik etdiyimiz dəstənin uşaqları mənə hücum etdilər. Onların başçısı məni arxadan vurub qışqırdı: «Özünü müdafiə elə!» Həmin anda ürəyimdə tez Yehova Allaha dua elədim. Yalvardım ki, özümü ələ almağa kömək etsin. Əslində, onların payını vermək istəyirdim, amma sadəcə oradan qaçaraq canımı qutardım. Növbəti gün həmin dəstənin başçısı ilə rastlaşdım. Onu görəndə çox əsəbiləşdim. Dünənki hərəkətinə görə qisas almaq istədim. Ancaq özümə hakim olum deyə yenə də Yehovaya ürəyimdə dua elədim. Maraqlısı bunda idi ki, həmin cavan mənə yaxınlaşıb dedi: «Keçən gecə baş verənlərə görə bağışla. Düzünü desəm, istəyirəm sənin kimi olum. Mənə də Müqəddəs Kitabı öyrət». Həmin anda qəzəbimi büruzə vermədiyim üçün çox sevindim. Bunun sayəsində mən onunla Müqəddəs Kitabı öyrənməyə başladım.

Təəssüflər olsun ki, ailəmin yarısı Müqəddəs Kitabı öyrənməyi dayandırdı. Mən isə özümə söz verdim ki, Müqəddəs Kitabı öyrənməyə davam edəcəyəm və heç kimin, heç nəyin mənə mane olmasına yol verməyəcəyəm. Bilirdim ki, Allahı sevən insanlarla müntəzəm ünsiyyət emosional yaralarıma məlhəm olacaq və mənə həsrətində olduğum ailəni bəxş edəcək. Getdikcə Allaha daha da yaxınlaşdım. 1991-ci ildə Yehovanın Şahidi oldum.

MƏNƏ FAYDASI.

Mən əvvəllər acıqlı, başqaları üzərində ağalıq etməyi sevən, qəddar bir insan idim. Ancaq Allahın Kəlamı mənim həyatımı kökündən dəyişdi. Bu gün mən Müqəddəs Kitabdan öyrəndiklərimi insanlarla bölüşürəm. Düz 23 ildir ki, vaxtımın çox hissəsini bu işə həsr etmişəm.

Bir müddət Yehovanın Şahidlərinin Meksikadakı filialında könüllü kimi çalışmışam. Orada işləyərkən Klaudiya adlı çalışqan bir qızla tanış oldum. 1999-cu ildə ailə qurduq. Mənə Klaudiya kimi vəfalı həyat yoldaşı bəxş etdiyinə görə Yehova Allaha nə qədər minnətdar olsam, azdır.

Həyat yoldaşımla birlikdə bir müddət Meksika jest dilli yığıncağında xidmət edib lal-kar insanlara Yehova Allah haqda öyrənməyə kömək etmişik. Sonralar bizi Beliz ölkəsinə dəvət etdilər ki, oradakı insanlara da Müqəddəs Kitabı öyrədək. Belizdə həyatımız çox sadə olsa da, xoşbəxt olmaq üçün hər şeyimiz var. Bunu heç nəyə dəyişmərik.

Bir müddət sonra anam Müqəddəs Kitabı yenidən öyrənməyə başladı və Yehovanın Şahidi oldu. Həmçinin böyük qardaşım, yoldaşı və uşaqları da indi Yehovanın Şahididir. Əvvəllər Müqəddəs Kitab haqda söhbət etdiyim keçmiş dostlarımdan da bəziləri indi Yehova Allaha ibadət edir.

Çox heyif ki, ailəmin bəzi üzvləri zorakı həyat tərzlərindən əl çəkmədikləri üçün indi həyatda yoxdurlar. Əgər dəyişilməsəydim, yəqin onlar kimi mən də indi həyatda yox idim. Yehovaya yerlə göy qədər minnətdaram ki, məni Özünə və qayda-qanunlarına əməl etməyə kömək edən xalqına yaxınlaşdırıb.