Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 5, 2016

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Bəşəriyyətin problemlərini kim həll edə bilər?

BƏZİ İNSANLAR DÜŞÜNÜR Kİ, dünyadakı problemləri hökumətlər həll edəcəklər. Digərləri isə hesab edir ki, dünyada sülh və əmin-amanlığı insanlar yaradacaqlar. Bəs siz nə düşünürsünüz?

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq... O, bütün bu padşahlıqları əzib yox edəcək» (Dənyal 2:44). Elə bir problem olmayacaq ki, Allahın qurduğu hökumət onu həll edə bilməsin.

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • Allahın qurduğu hökumət göydən idarə edir (Mətta 10:7; Luka 10:9).

  • Allah göylə və yer üzü ilə bağlı niyyətini Padşahlığı vasitəsilə həyata keçirir (Mətta 6:10).

Allahın Padşahlığı yeri nə zaman idarə edəcək?

SİZ NECƏ CAVAB VERƏRDİNİZ?

  • Heç kim bilmir

  • Çox tezliklə

  • Heç vaxt

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14). Xoş xəbər bütün dünyada tam şəkildə təbliğ olunandan sonra Allahın Padşahlığı pisliyin kökünü kəsəcək.

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • Allahın Padşahlığının yeri nə zaman idarə edəcəyini heç kim dəqiq deyə bilməz (Mətta 24:36).

  • Müqəddəs Kitabdakı peyğəmbərliklər göstərir ki, bu tezliklə olacaq (Mətta 24:3, 7, 12).