Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 4, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

O, çürüməkdən qorundu

O, çürüməkdən qorundu

TƏHLÜKƏ. Müqəddəs Kitab yazıçıları və mirzələr üçün əsas yazı materialı papirus və perqament idi * (2 Timutiyə 4:13). Bəs bu yazı materialları Müqəddəs Kitabın bizim günlərə qədər gəlib çatmasına hansı təhlükəni yaradırdı?

Papirus cırılan, rəngi solan və çürüyən materialdır. Riçard Parkinson və Stefan Kverke adlı misirşünaslar deyirlər: «Papirus vərəqləri müəyyən müddətdən sonra saçaqlanır və ovularaq toz halına düşür. Anbarda saxlanılan papirus rulonu nəmişlikdən kif ata və ya çürüyə bilərdi. Basdırılan papirus rulonu isə gəmiricilər, həşəratlar, xüsusilə də ağ qarışqalar tərəfindən yeyilə bilərdi». Tapılmış bəzi papiruslar günəş işığına və nəmişliyə məruz qalmış, bu isə onların məhvini sürətləndirmişdi.

Perqament papirusa nisbətən daha dözümlü materialdır. Amma ondan düzgün istifadə edilmədikdə, yüksək temperatura, nəmişliyə və ya işığa məruz qaldıqda papirus kimi o da korlanır *. Perqament də həşəratların hücumuna məruz qalır. Bu səbəbdən bir kitabda deyilir ki, qədim əlyazmalar yalnız istisna hallarda dövrümüzə gəlib çatıb («Everyday Writing in the Graeco-Roman East»). Əgər Müqəddəs Kitab əlyazmaları da bu cür çürüyübsə, onda orada yazılanlar da onunla birlikdə məhv olub.

NECƏ QORUNDU? Yəhudi qanununa əsasən, taxta çıxan hər padşah Tövratın «surətini özü üçün köçürməli» idi (Qanunun təkrarı 17:18). Bundan əlavə, peşəkar mirzələr əlyazmaların sayını o qədər çoxaltmışdılar ki, artıq eramızın birinci əsrində İsraildə, hətta Makedoniyada olan sinaqoqlarda Müqəddəs Kitabı tapmaq mümkün idi (Luka 4:16, 17; Həvarilərin işləri 17:11). Bəs ən qədim əlyazmalar dövrümüzə necə gəlib çıxıb?

Ölü dəniz əlyazmaları kimi tanınan əlyazmalar əsrlər keçsə belə, quru iqlimdə mağaranın içərisində gil dolçada saxlanaraq dövrümüzə qədər gəlib çıxıb

Əhdi-Cədid üzrə alim Filip Komfort deyir: «Yəhudilər Müqəddəs Kitab tumarlarını qoruyub saxlamaq üçün onları səhəng və ya dolçanın içərisinə qoyurdular». Ehtimal ki, xristianlar da bu ənənəni davam etdirmişdilər. Bu səbəbdən Müqəddəs Kitabın bəzi qədim əlyazmaları gil dolçaların, eləcə də qaranlıq otaqların, mağaraların içərisində və olduqca quraq ərazilərdə tapılmışdı.

NƏTİCƏ. Müqəddəs Kitabın minlərlə əlyazması bu günümüzə kimi gəlib çatıb. Onların bəzilərinin 2000 ildən çox yaşı var. Belə qədim tarixə malik bu qədər əlyazması olan ikinci bir kitab yoxdur.

^ abz. 3 Papirus eyni adlı su bitkisindən hazırlanan yazı materialı idi. Perqament isə heyvan dərisindən hazırlanırdı.

^ abz. 5 Misal üçün, ABŞ-ın rəsmi imzalanmış İstiqlaliyyət bəyannaməsi perqament üzərində yazılmışdı. Üstündən haradasa 250 il keçən bu perqament indi elə hala düşüb ki, onu oxumaq mümkün deyil.