Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 4, 2016

Masoretlər Müqəddəs Kitabı çox dəqiqliklə köçürürdülər

 ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

O, təhrif olunmaqdan qorundu

O, təhrif olunmaqdan qorundu

TƏHLÜKƏ. Müqəddəs Kitab çürümə və insanlar tərəfindən məhv edilmə kimi təhlükələrlə üzləşsə də, dövrümüzə kimi gəlib çatdı. Ancaq bəzi mirzələr və tərcüməçilər Müqəddəs Kitabın mətnini təhrif etməyə çalışmışlar. Onlar öz təlimlərini Müqəddəs Kitab əsasında formalaşdırmaq əvəzinə, bəzən Müqəddəs Kitabı öz təlimlərinə uyğunlaşdırırdılar. Aşağıdakı nümunələrə baxaq.

  • İbadət yeri. B. e. ə. IV—II əsrlər ərzində Səməriyyə Tövratını yazanlar Çıxış 20:17 ayəsindən sonra bu sözləri əlavə etmişdilər: «Arqarizmdə. Qurbangahı orada tikəcəksiniz». Bu yolla səməriyyəlilər göstərmək istəyirdilər ki, Müqəddəs Kitab onların «Arqarizmdə», yəni Qərizim dağında məbəd tikmələrini dəstəkləyir.

  • Üç üqnum təlimi. Müqəddəs Kitab yazılıb qurtarandan təxminən 300 il sonra Üç üqnum təliminin tərəfdarı olan bir yazıçı 1 Yəhya 5:7 ayələrinə bu sözləri əlavə etmişdi: «Səmada Ata, Söz və Müqəddəs Ruh: bunların üçü də birdir». Bu sözlər orijinal mətndə yoxdur. Brüs Metsqer adlı Müqəddəs Kitab üzrə alim deyir: «Bu sözlərə VI əsrdən başlayaraq Qədim Latın və [Latın] Vulqata əlyazmalarında getdikcə daha çox rast gəlinir».

  • Allahın adı. Bir çox Müqəddəs Kitab tərcüməçiləri yəhudi mövhumatını əsas tutaraq Allahın adını Müqəddəs Kitabdan çıxarıb «Rəbb», «Allah», «İlah» və «Ağa» kimi sifətlərlə əvəz etmişlər. Halbuki Müqəddəs Kitabda bu ifadələr təkcə Yaradana yox, həmçinin insanlara, bütlərə, hətta İblisə aid işlənilir (Yəhya 10:34, 35; 1 Korinflilərə 8:5, 6; 2 Korinflilərə 4:4) *.

NECƏ QORUNDU? Birincisi, mirzələrin bəziləri diqqətsiz və hətta nadürüst olsalar da, əksəriyyəti olduqca peşəkar və çox diqqətli idi. Eramızın VI—X əsrlərində masoretlər Tövratı (Əhdi-Ətiq) köçürmüşdülər. Bu gün onların nüsxələri Masoret  mətni adlanır. Məlumdur ki, onlar mətni köçürən zaman heç bir səhv olmasın deyə, sözləri və hərfləri bir-bir sayırdılar. Onlar əsas götürdükləri mətndə səhvlərin olmasından şübhələnərdilərsə, mətnin kənarında qeydlər aparırdılar. Masoretlər Müqəddəs Kitabın mətninə müdaxilə etmirdilər. Professor Moşe Qoşen Qotstaynın sözlərinə görə, masoretlər Müqəddəs Kitabda «bilərəkdən nəyisə dəyişməyi ən ağır cinayət hesab edirdilər».

İkincisi, qədim əlyazmaların sayının çox olması Müqəddəs Kitab alimlərinə səhvləri müəyyən etməyə kömək edir. Misal üçün, din xadimləri əsrlər boyu öyrədirdilər ki, onların latın tərcümələri dəqiqdir. Bununla belə, məqalənin əvvəlində deyildiyi kimi, onlar 1 Yəhya 5:7 ayəsinə uydurulmuş sözləri əlavə etmişdilər. Bu səhv hətta ingilis dilində mötəbər tərcümə sayılan «Kral Yakovun Müqəddəs Kitabı»nda da var idi! Bəs başqa əlyazmalar aşkar olunandan sonra nə məlum oldu? Brüs Metsqer yazır: «[1 Yəhya 5:7 ayəsindəki] cümlə latın dilində olan əlyazmalardan savayı heç bir qədim əlyazmalarda, məsələn, arami, kopt, həbəş, slavyan, ərəb dillərindəki əlyazmalarda yoxdur». Bu səbəbdən «Kral Yakovun Müqəddəs Kitabı»nın yenidən işlənmiş versiyasından və digər tərcümələrdən bu uydurulmuş sözlər götürülüb.

Çester Bitti P46, eramızın təxminən 200-cü ilinə aid Müqəddəs Kitabın bir əlyazması

Qədim əlyazmalar Müqəddəs Kitabın təhrif olunmadığını necə göstərir? 1947-ci ildə Ölü dəniz əlyazmaları tapılarkən alimlərin nəhayət ki, ibrani dilində olan masoret mətnini min ildən öncə yazılmış Müqəddəs Kitab əlyazmaları ilə tutuşdurmaq imkanı oldu. Ölü dəniz əlyazmalarının redaksiyasının bir üzvünün sözlərinə əsasən, bir tumar artıq «sübut edir ki, Müqəddəs Kitab mətni təxminən min ildən çox vaxt ərzində yəhudi mirzələri tərəfindən son dərəcə dəqiq və ehtiyatla köçürülüb».

İrlandiyanın paytaxtı Dublindəki Çester Bitti kitabxanasında olan papirus əlyazmaları kolleksiyasında demək olar ki, İncilin (Əhdi-Ətiq) bütün bölmələrinə aid, o cümlədən eramızın II əsrinə, yəni Müqəddəs Kitab yazılıb tamamlanandan 100 il sonraya aid əlyazmalar var. Bir lüğətə əsasən, bu papiruslar mətndə olan cüzi fərqləri üzə çıxarsa da, Müqəddəs Kitab mətninin təhrif olunmadığını sübut edir («The Anchor Bible Dictionary»).

«Əminliklə demək olar ki, qədim dövrə aid heç bir kitab dövrümüzə bu qədər dəqiqliklə gəlib çatmayıb»

NƏTİCƏ. Müqəddəs Kitab əlyazmalarının qədimiliyi və sayının çox olması onun mətnini təhrif etməyib, əksinə onu mükəmməlləşdirib. İncil barədə Ser Frederik Kenyon belə yazmışdı: «Başqa heç bir qədimi kitabın mətninin dəqiqliyinə dair bu qədər çox və qədim tarixə malik sübut yoxdur. Həmçinin heç bir qərəzsiz alim bizə gəlib çatan Müqəddəs Kitabın təhrif olunmadığını dana bilməz». Alim Vilyam Henri Qrin isə Tövrat barədə belə deyir: «Əminliklə demək olar ki, qədim dövrə aid heç bir kitab dövrümüzə bu qədər dəqiqliklə gəlib çatmayıb».

^ abz. 6 Ətraflı məlumat üçün www.jw.org saytından Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin A4A5 əlavələrinə baxın.

Əlavə məlumat

«Allahın müqəddəs sözləri»ni tərcümə etmək əmanəti (Romalılara 3:2)

Yehovanın Şahidləri son 100 il ərzində Müqəddəs Kitabın müxtəlif tərcümələrindən istifadə ediblər. Nəyə görə onlar Müqəddəs Kitabı müasir ingilis dilinə tərcümə etmək qərarına gəliblər?

«Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»

What makes this translation of God’s Word stand out as unique?