Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 4, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

Müqəddəs Kitabın qorunmasının səbəbi

Müqəddəs Kitabın qorunmasının səbəbi

Bəli, Müqəddəs Kitab qorunub saxlandı! Bunun sayəsində siz indi Müqəddəs Kitabı əldə edib oxuya bilərsiniz. Müqəddəs Kitabın yaxşı tərcüməsini seçsəniz, əmin ola bilərsiniz ki, oxuduğunuz həmin nüsxə peyğəmbərlərin yazdığı ilə tamamilə eynidir *. Müqəddəs Kitab əlyazmaları çürüyə, insanlar tərəfindən məhv edilə və mətni təhrif oluna bilərdi. Bütün bunlara baxmayaraq Müqəddəs Kitab nəyin sayəsində qorundu? Bu kitabı xüsusi edən nədir?

«İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir»

Müqəddəs Kitabı oxuyan insanların çoxu növbəti sözlərin həqiqət olduğu ilə razıdırlar: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Onlar Müqəddəs Kitabın təhrif olunmadığına əmindirlər, çünki inanırlar ki, bu kitab Allahın Kəlamıdır və Allah Özü Öz Kəlamını qoruyub. Bu jurnalın ilk məqaləsində adı çəkilən Fayzəl Müqəddəs Kitabı şəxsən oxuyub araşdırmağa qərar verdi. Öyrəndikləri onu heyran etdi. Çox keçməmiş o öyrəndi ki, xristian dininin əksər təlimləri əslində Müqəddəs Kitabda yox imiş. Bundan əlavə, o, Müqəddəs Kitabdan Allahın insanlarla bağlı gözəl niyyətini öyrəndi.

Fayzəl deyir: «İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir. Yeri, göyü yaradan Allah nazil etdiyi kitabı qorumağa qadirdir! Allahın Kəlamının təhrif olunduğunu deyən adam Külli-İxtiyar, Qadiri-Mütləq Allahın qüdrətinə şəkk gətirmiş olur! Mən kiməm ki, Allahın qüdrətinə şəkk eləyim?» (Əşiya 40:8).

^ abz. 3 Bu jurnalın 2015-ci il iyul—sentyabr sayının «Azərbaycan dilində Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi” işıq üzü gördü» adlı məqaləsinə baxın.

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Müqəddəs Kitabın səhihliyi barədə

Müqəddəs Kitabın orijinal mətnindəki fikirlərin bizim dövrə səhih gəlib çatmasına tam əmin ola bilərik.