Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 4, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

Bunu bilmək vacibdir

Bunu bilmək vacibdir

Müqəddəs Kitab * digər dini kitablardan fərqlənir. Bu kitab qədər əsrlər ərzində saysız-hesabsız insanın imanını formalaşdıran ikinci bir kitab yoxdur. Bununla belə, Müqəddəs Kitab ən çox tədqiq olunan və tənqidlərə məruz qalan kitabdır.

Məsələn, bəzi alimlər əlimizdə olan Müqəddəs Kitabın orijinal nüsxələrlə eyni olduğuna şübhə edirlər. Dini işlər üzrə bir professor deyir: «Biz orijinal mətni dəqiqliklə bərpa etdiyimizi əminliklə deyə bilmərik. Əlimizdə sadəcə səhvlərlə dolu nüsxələr var və onların böyük bir hissəsi orijinal mətndən əsrlər sonra yazılıb və təbii ki, orijinal mətnlə onların arasında minlərlə fərq var».

Digər insanlar isə məxsus olduqları dinə görə Müqəddəs Kitaba etibar etmirlər. Fayzəl adlı bir nəfərin ailəsi uşaqlıqdan ona aşılayıb ki, Müqəddəs Kitab Allahdan nazil olsa da, sonralar təhrif olunub. O deyir: «Buna görə də insanlar mənimlə Müqəddəs Kitab haqda söhbət edəndə onlara inanmağım gəlmir. Axı onların əlindəki Müqəddəs Kitab orijinal deyil. O dəyişdirilib».

Müqəddəs Kitabın təhrif olunub-olunmadığını bilməyimiz nə dərəcədə vacibdir? Bu sualı cavablandırmazdan öncə növbəti suallar üzərində düşünün: Əgər əlinizdə olan Müqəddəs Kitabda gələcəklə bağlı yazılan vədlərin orijinal mətndə olub-olmadığını dəqiq bilməsəniz, bu vədlərə etibar edə bilərsiniz? (Romalılara 15:4). Əgər hazırkı Müqəddəs Kitab köçürülən zaman dəyişikliyə məruz qalmış bir kitab olsaydı, ibadətlə, işlə və ya ailə həyatı ilə bağlı vacib qərarlar verərkən oradakı məsləhətləri əldə rəhbər tutardınız?

Müqəddəs Kitabın orijinal əlyazması günümüzə qədər gəlib çatmasa da, sayı minlərlə olan qədim nüsxələrə üz tuta bilərik. Bu nüsxələr çürümək, insanlar tərəfindən məhv edilmək və təhrif olunmaq təhlükəsi ilə üzləşsə də, dövrümüzə kimi necə gəlib çıxıb? Onların indiyədək qalması əlimizdə olan Müqəddəs Kitabın dəqiqliyinə etibarımızı necə artırır? Növbəti məqalələrdə Müqəddəs Kitabın keşməkeşli tarixi haqda oxuyaraq bu sualların cavabını tapın.

^ abz. 3 Tövrat, Zəbur, İncil.