Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 3, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | KAŞ ÖLÜM OLMAYAYDI...

Yas saxlamaq qəbahətdir?

Yas saxlamaq qəbahətdir?

Yəqin hamı kimi siz də nə vaxtsa yüngülvari xəstələnmisiniz. Xəstəlikdən tez sağaldığınız üçün o günlər heç yadınıza da düşmür. «İtkinin isə vurduğu yaradan “sağalmaq” qeyri-mümkündür, — deyə doktor Alan Volfilt öz kitabında yazır. — Amma vaxt keçdikcə və başqalarının köməyi sayəsində dərdiniz azalar» («Healing a Spouse’s Grieving Heart»).

Gəlin görək İbrahim peyğəmbər xanımı Sara ölərkən hansı hissləri keçirmişdi. Allahın Kəlamında deyilir ki, «İbrahim Saraya yas tutub ağladı». Ayədəki «yas tutmaq» ifadəsi göstərir ki, İbrahim peyğəmbərə itki ilə barışmaq üçün vaxt lazım idi *. Yaqub peyğəmbər də itkinin nə olduğunu bilirdi. Ona yalandan demişdilər ki, oğlu Yusifi vəhşi heyvan parçalayıb. O, «günlərlə oğlunu ağladı», ailə üzvləri ona təsəlli verməyə çalışsa da, sakitləşmək bilmirdi. Hətta illər sonra oğlu Yusifin ölümü onun ürəyini dağlayırdı (Yaradılış 23:2; 37:34, 35; 42:36; 45:28).

İbrahim peyğəmbər xanımı Saranın ölümünə görə yas saxlayırdı

İndiki dövrdə də əzizini itirmiş insanlar bu cür hisslər yaşayır. Gəlin iki nəfərin hadisəsinə nəzər salaq.

  • «Ərim Robert 2008-ci il iyulun 9-u vəfat etdi. Faciənin baş verdiyi gün adi günlərdən biri idi. Həmişəki kimi, səhər yeməyindən sonra yoldaşımı işə yola salarkən öpüşüb qucaqlaşdıq və bir-birimizi sevdiyimizi söylədik. Ərimin ölümündən altı il keçsə də, hələ də ürəyim qan ağlayır. İnanmıram ki, bu yara nə vaxtsa sağalsın» (60 yaşlı Qeyl).

  • «Arvadımın ölümündən 18 il keçməsinə baxmayaraq, mən hələ də onun üçün darıxıram və onu itirdiyim üçün çox üzülürəm. Təbiətdə gözəl bir şey görəndə yadıma dərhal o düşür. Düşünürəm ki, bunu o da görsəydi, çox sevinərdi» (84 yaşlı Etyen).

Aydındır ki, uzun müddət davam edən bu cür ağrılı hisslər keçirmək təbiidir. Kədər hissi hərədə bir cür özünü büruzə verir, buna görə də insanın faciəyə münasibətini mühakimə etmək düzgün olmazdı. Həmçinin əgər özümüz də itkiyə görə həddən artıq kədərə qərq oluruqsa, özümüzü qınamamalıyıq. Bəs kədər hissindən necə azad ola bilərik?

^ abz. 4 İbrahim peyğəmbərin oğlu İshaq da uzun illər yas saxlamışdı. Bu jurnalın «İman örnəkləri» adlı rubrikasında da deyildiyi kimi, anası Saranın ölümündən üç il keçsə də, İshaq hələ də özünə gəlməmişdi (Yaradılış 24:67).

Əlavə məlumat

Ömür-gün yoldaşını itirəndə

Həyat yoldaşını itirmək insana uzunmüddətli ağrı verir. Müqəddəs Kitabdakı dirilmə ümidinin necə təsəlli və ümid mənbəyi olduğunu öyrənin.