Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 3, 2016

Allahın adına Müqəddəs Yazıların qədim əlyazmalarında rast gəlinir

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Allahın neçə adı var?

BƏZİ İNSANLAR DÜŞÜNÜR Kİ, Allahın adı yoxdur. Başqaları Onu «Allah» və ya «Rəbb» adlandırır, digərləri isə deyir ki, Allahın min bir adı var. Bəs siz nə düşünürsünüz?

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18).

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • Allahın çoxlu sifətləri olsa da, O, Özünə yalnız bir ad verib (Çıxış 3:15).

  • Allah sirli Allah deyil, istəyir ki, biz Onu tanıyaq (Həvarilərin işləri 17:27).

  • Allahla dost olmaq istəyiriksə, əvvəlcə Onun adını bilməliyik (Yaqub 4:8).

Allahın adını çəkmək günahdır?

SİZCƏ...

  • Yox

  • Vəziyyətə baxır

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Allahınız Yehovanın adını nalayiq şəkildə dilinizə gətirməyin» (Çıxış 20:7). Allahın adını yalnız hörmətsiz şəkildə çəkmək günah sayılır (Ərəmya 29:9).

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • İsa peyğəmbər Allahın adını bilirdi və bu adı çəkirdi (Yəhya 17:25, 26).

  • Allah buyurur ki, biz Ona adı ilə müraciət edək (Zəbur 105:1).

  • Allahın düşmənləri bu adı insanlara unutdurmaq istəyirlər (Ərəmya 23:27).

 

Əlavə məlumat

Allahın adı varmı?

Allaha müxtəlif sifətlərlə müraciət olunur, məsələn, Qüdrət Sahibi, Yaradan, Ağa. Amma Onun tək bir adı var. Bu ad Müqəddəs Kitabda təxminən 7000 dəfə yazılıb.