Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 1, 2016

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Çox yox, qoy bircə il xoşbəxt olum»

«Çox yox, qoy bircə il xoşbəxt olum»
  • DOĞULDUĞU İL: 1971

  • ÖLKƏ: FRANSA

  • KEÇMİŞDƏ: QATI CİNAYƏTKAR, ƏXLAQSIZ VƏ NARKOMAN OLUB

KEÇMİŞİM.

Ailəm Fransanın şimal-şərqində yerləşən Tellankur adlı kiçik bir kənddə yaşayırdı. Atam fransız olub, anam isə italyandır. Səkkiz yaşım olanda biz Romanın (İtaliya) kasıb, fəhlə sinfinin məskunlaşdığı bir kəndinə köçdük. Orada ailəmizdəki vəziyyət dözülməz oldu. Maddi problemlərimiz ucbatından atamla anam arasında tez-tez dava-dalaş olurdu.

On beş yaşım olanda anam məsləhət gördü ki, özümə dostlar tapım. Mən də vaxtımın çoxunu yeni dostlarımla keçirməyə başladım. Çox keçməmiş pis əhatəyə düşdüm. Bir gün mehriban görünən bir kişi yaxınlaşıb mənə narkotik təklif etdi. Özümü böyük göstərmək istədiyim üçün onları qəbul etdim. Beləcə, narkotik və əxlaqsızlıq dünyasına qədəm qoydum. Dəfələrlə cinsi zorakılığa məruz qaldım. Həyat mənim üçün öz dəyərini itirmişdi, ölsəm də, qalsam da artıq vecimə deyildi. Son dərəcə tənha idim. On altı yaşım olanda intihar etmək istədim. Bir butulka viski içib özümü gölə atdım. Nəticədə üç gün komada qaldım.

Bundan sonra həyatın qədrini bildim. Amma qəddar və fırıldaqçı bir adama çevrildim. İnsanlara sekslə məşğul olmağı təklif edir, sonra da evlərində onlara narkotik verib qiymətli əşyalarını oğurlayırdım. Böyük cinayət dəstəsi İtaliya ərazisində narkotik maddələri satmaq üçün məndən istifadə edirdi. Polislərlə tez-tez problemim olurdu. Həyatım cığırından çıxmışdı, yaşamaq mənə mənasız gəlirdi. Amma dünyaya gəlməyimin bir səbəbi olduğuna inanırdım. Allaha yalvarıb dedim: «Çox yox, qoy bircə il xoşbəxt olum».

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

İyirmi dörd yaşım olanda İngiltərəyə köçmək qərarına gəldim. Narkotik alverçiləri ilə işlədiyim üçün həyatım təhlükə altında idi. Ora köçməzdən öncə anamı görməyə getdim. Annunziato Luqara adlı bir kişinin onunla Müqəddəs Kitab barəsində söhbət etdiyini görəndə məni təəccüb bürüdü *. Onun qatı cinayətkar olduğunu bildiyim üçün çox qorxdum. Luqaradan burda nə gəzdiyini  soruşdum. O, Yehovanın Şahidi olmaq üçün həyatında köklü dəyişikliklər etdiyini dedi. Sonra məndən İngiltərəyə çatanda Yehovanın Şahidləri ilə əlaqə saxlayacağıma söz verməyimi istədi. Mən də söz verdim. Lakin ora çatar-çatmaz yenidən köhnə həyat qayıtdım.

Günlərin bir günü Londonun qaynaşan bir küçəsində «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını insanlara təklif edən bir Yehovanın Şahidinə rast gəldim. Annuziatoya verdiyim söz yadıma düşdü. Yaxınlaşıb Müqəddəs Kitab dərsinə başlamaq istədiyimi bildirdim.

Müqəddəs Kitabdan öyrəndiklərim məni heyran etdi. Məsələn, 1 Yəhya 1:9 ayəsindəki sözlərdən riqqətə gəldim. Orada Allah haqda yazılıb: «Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq və bizi... təmizləyəcək». Bu ayə mənə dərin təsir bağışladı, çünki həyat tərzimə görə özümü murdar hesab edirdim. Tez bir zamanda Yehovanın Şahidlərinin ibadət evinə getməyə başladım. Orada məni çox səmimi qarşıladılar. Çoxdandır arzusunda olduğum o mehribançılığı görəndə mən də bu ailəyəbənzər yığıncağın bir hissəsi olmaq istədim.

Narkotiki atmaq və əxlaqsız həyatımla vidalaşmaq asan olsa da, xasiyyətimi dəyişmək çətin idi. Başa düşürdüm ki, insanlarla hörmətcil və anlayışla davranmalıyam. Əslində, hələ də bəzi pis xüsusiyyətlərimlə savaşıram. Ancaq şükürlər olsun ki, Yehovanın köməyi sayəsində düzəlirəm. Müqəddəs Kitabı öyrənməyə başlayandan altı ay sonra, 1997-ci ildə mən Yehovanın Şahidi oldum.

MƏNƏ FAYDASI.

Çox keçməmiş Barbara adlı bir qızla ailə qurdum. O da mənim kimi təzəlikcə Yehovanın Şahidi olmuşdu. Əvvəlki dostlarımdan biri məndə baş verən dəyişiklikləri görəndə Müqəddəs Kitab dərslərinə başladı. Bir müddət sonra o və onun bacısı Yehovanın Şahidi oldular. Səksən yaşlı nənəmin bacısı da Allahın Kəlamını oxumağa başladı və ölməzdən öncə Yehovanın Şahidi oldu.

Mən indi öz yığıncağımızda nəzarətçi kimi xidmət edirəm. Yoldaşımla ikimiz vaxtımızın çox hissəsini Londonda yaşayan italyandilli insanlara Müqəddəs Kitab dərsi keçməyə ayırırıq. Bəzən keçmişim məni məyus edir, amma yoldaşım Barbara həmişə mənə dəstək olur! Nəhayət, arzusunda olduğum möhkəm ailəm və gözəl Atam var. Allahdan bircə il xoşbəxtlik istəmişdim, O isə mənə artıqlaması ilə verdi!

Nəhayət, arzusunda olduğum möhkəm ailəm və gözəl Atam var

^ abz. 10 Annunziato Luqaranın həyat hekayəsini «Gözətçi qülləsi» jurnalının 1 iyul 2014-cü il sayının 8, 9-cu səhifələrində çap olunmuş «Mən harada, silahım da orada idi» adlı məqaləsindən oxuya bilərsiniz.

Əlavə məlumat

OYANIN!

Yaşamağa dəyərmi?

İnsanı ölümə dost gözü ilə baxmağa nə vadar edə bilər?