Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2016

 MÜASİR DÖVRDƏ QƏDİM HİKMƏT

Narahat olmayın

Narahat olmayın

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Canınızdan ötrü... daha qayğı çəkməyin» (Mətta 6:25).

Mənası. İsa peyğəmbər bu sözləri Dağüstü vəzində demişdi. Müqəddəs Kitabın bir lüğətinə əsasən, «qayğı» kimi tərcümə olunan yunan sözü «insanın yoxsulluğa, aclığa və gündəlik həyatda başına gələn problemlərə göstərdiyi təbii münasibəti» bildirir. Qayğı çəkmək əsas etibarilə gələcəkdə baş verə biləcək şeylərə görə narahat olmağı özünə ehtiva edir. Maddi ehtiyaclarımıza və sevdiyimiz şəxslərin rifahına görə narahat olmaq normaldır (Filippililərə 2:20). Ancaq İsa Məsih «heç vaxt narahat olmayın» deməklə həddən artıq narahat olmamağı nəzərdə tuturdu. Yəni davamçıları bu günün sevincini sabahın qorxusuna qurban verməməlidirlər (Mətta 6:31, 34).

Bugünkü dəyəri. İsa peyğəmbərin məsləhətinə əməl etsək, ağıllı iş görmüş olarıq. Çünki bəzi araşdırmalar göstərir ki, insan həddən çox narahatçılıq keçirəndə sempatik sinir sistemləri daim aktiv olur və bunun nəticəsində də «xora, ürək xəstəliyi və astma kimi problemlər yaranır».

İsa Məsih həddən artıq narahat olmamağın səbəbini açıqlamışdı: «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?» (Mətta 6:27). Bir sözlə, İsa Məsih demək istəyirdi ki, bu mənasızdır. Diqqətimizi problemlərimizə cəmləməklə ömrümüzü bir saniyə belə uzada bilmərik, o ki qaldı, həyatımızı yaxşılaşdıraq. Bundan başqa, qorxduğumuz şeylərin heç də hamısı başımıza gəlmir. Bir alim bunu belə izah edir: «Gələcəyə görə narahat olmaq əbəsdir. Çünki gələcəyin özü ilə gətirdiyi çox vaxt gözlədiyimiz kimi pis olmur».

Qayğı çəkməyə necə son qoya bilərsiniz? Birincisi, Allaha güvənin. Əgər Allah göydəki quşları yedizdirir, gülləri gözəl geyindirirsə, məgər Öz mömin bəndələrinin zəruri ehtiyaclarını ödəməyəcək? (Mətta 6:25, 26, 28—30). İkincisi, bugünkü günlə yaşayın. İsa Məsih demişdi: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək». Məgər razı deyilsiniz ki, «hər günün dərdi özünə bəsdir»? (Mətta 6:34).

İsa peyğəmbərin bu hikmətli məsləhətinə riayət etsək, həm canımız sağ olacaq, həm də Müqəddəs Kitabda deyildiyi kimi, Allahın sülhünü yəni, daxili məmnunluq tapacağıq (Filippililərə 4:6, 7).