Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | DÜRÜST OLMAQ LAZIMDIR?

Dürüstlük dəbdən düşüb?

Dürüstlük dəbdən düşüb?

Hitoşi Yaponiyada məşğulluq idarəsində mühasib işləyir. O, müdiri ilə maliyyə hesabatını yoxlayarkən müdiri ona tapşırır ki, saxta hesabat təqdim etsin. Ancaq Hitoşi nadürüst iş görməyə vicdanının yol vermədiyini bildirir. Müdir onu işdən çıxarmaqla hədələyir və axırda Hitoşi işini itirir.

Aylar ötdükcə Hitoşinin iş tapacağına ümidi ölür. Məsələn, bir dəfə iş görüşməsində Hitoşi nadürüst iş görməyəcəyini bildirəndə ondan müsahibə götürən: «Qəribə düşüncəniz var», — deyə cavab verir. Hitoşinin ailəsi və dostları onu axıra kimi dürüst qalmağa təşviq edirlər. Amma Hitoşidə getdikcə suallar yaranmağa başlayır. O bölüşür: «Düşünürdüm ki, görəsən, əqidəmə sadiq qalıb dürüst olmağa dəyər?»

Hitoşinin başına gələnlər göstərir ki, dürüstlüyə dəyər verənlər azdır. Hətta bəziləri buna maneə kimi baxır, xüsusilə də biznes aləmində. Cənubi Afrikada işləyən bir qadın bölüşür: «Mən nadürüst insanlarla işləyirəm və onlardan fərqlənmək bəzən çox çətin olur».

Nadürüstlüyün ən geniş yayılmış növlərindən biri yalan danışmaqdır. Bir neçə il öncə Amherst Masaçusets Universitetinin psixoloqu Robert Feldman müəyyən etmişdi ki, ondəqiqəlik söhbət zamanı 60 faiz adam ən azı bir dəfə yalan danışır. O deyir: «Nəticə bizi çox təəccübləndirdi. Yalanın insan həyatının ayrılmaz bir hissəsi olduğunu bu dərəcədə təsəvvür etmirdik». Maraqlıdır ki, heç kim yalanın qurbanı olmaq istəmir, amma əksəriyyət yalan danışır.

Bəs onda niyə yalan, oğurluq və nadürüstlüyün digər növləri adi hala çevrilib? Nadürüstlük cəmiyyətə necə təsir edir? Ən əsası isə bu kimi işlərdən biz necə yan gəzə bilərik?