Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | DÜRÜST OLMAQ LAZIMDIR?

Dürüstlüyün xeyri

Dürüstlüyün xeyri

«Vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

Müqəddəs Kitabda bəzən «dürüstlük» kimi tərcümə olunan orijinal yunan sözü hərfən «mahiyyətcə yaxşı bir şey» mənasında işlənilir. Bu söz həmçinin əxlaqi cəhətdən gözəl olmağı bildirir.

Allahın mömin bəndələri həvari Bulusun Allahdan ilham alaraq yazdığı sözlərə ciddi yanaşırlar. O demişdi: «Hər sahədə dürüst olmaq istəyirik». Buna nə daxildir?

DAXİLİ MÜBARİZƏ

Adətən, insanlar cəmiyyət içinə çıxmazdan öncə evdə güzgüyə baxırlar. Çünki onlar gözəl görünmək istəyirlər. Amma gözəl saç düzümündən və ya dəbdəbəli geyimdən daha vacib bir şey var. Məhz insanın daxili varlığı ya gözəlliyinə gözəllik qata, ya da gözəlliyini kölgədə qoya bilər.

Allahın Kəlamında açıq-aydın deyilir ki, biz pisliyə meyilliyik. Yaradılış 8:21 ayəsində yazılıb: «Ağlı kəsəndən insanın ürəyi pisliyə meyilli olur». Deməli, dürüst olmaq üçün daxilimizdəki günahla mübarizə aparmalıyıq. Həvari Bulus özünün bu mübarizəsini belə təsvir etmişdi: «Daxili varlığımla Allahın Qanunundan həzz alıram. Amma cismimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni cismimdə yaşayan günah qanununun əsiri edir» (Romalılara 7:22, 23).

Misal üçün, ürəyimiz bizi pis əmələ və nadürüstlük etməyə sövq edərsə, onun qulu olmamalıyıq. Biz seçim etmək ixtiyarındayıq. Seçimimiz pis fikirləri rədd etməkdirsə, ətrafımızda nadürüstlüyün hökm sürməsinə baxmayaraq, dürüst qalacağıq.

MÜBARİZƏDƏ QALİB GƏLİN

Dürüst olmaq üçün bizə möhkəm mənəvi dəyərlər lazımdır. Əfsuslar olsun ki, əksər insanlar öz geyimləri barədə daha çox fikirləşirlər, nəinki öz mənəvi dəyərləri barədə. Nəticədə, onlar özlərinə əl verən və mahiyyətcə nadürüst olan hərəkətə haqq qazandırırlar. «Nadürüstlük haqda (dürüst) həqiqət» kitabında bu, belə izah olunur: «Adətən, hamımız öz dürüstlük meyarımızı aşmamaq şərtilə yalan danışırıq» («The (Honest) Truth About Dishonesty»). Bəs nadürüstlük hansı həddə qədər qəbahət sayılmır? Ümumiyyətlə, elə nadürüstlük varmı ki, qəbahət sayılmasın? Bu sualların ən doğru cavabını haradansa tapmaq olarmı? Şükürlər olsun ki, olar!

Milyonlarla insan bu sualların dəqiq cavabını Allahın Kəlamından tapıblar. Allahın Kəlamında tayı-bərabəri olmayan mənəvi dəyərlər yer alıb (Zəbur 19:7). Orada ailə həyatı, iş, mənəvi və ruhani məsəllərlə bağlı öyüd-nəsihətlər var. Bu öyüdlərə zaman öz imzasını atıb. Kəlamdakı qayda-qanunlar xalqından, millətindən, irqindən, qəbiləsindən asılı olmayaraq, hamı üçündür.  Müqəddəs Kitabı oxuyub orada yazılanların dərinliyinə varmaqla və öyrəndiklərimizə əməl etməklə doğru-dürüst davranmaq vərdişimiz yaranacaq.

Amma nadürüstlüyə qalib gəlmək üçün Müqəddəs Kitabda yazılanları bilmək kifayət deyil. Çünki biz mənən korlanmış dünyada yaşayırıq və bu dünya öz pozğun qaydalarını yeritməyə çalışır. Buna görə də Allaha dua edib Ondan kömək istəməliyik (Filippililərə 4:6, 7, 13). Onda haqqın tərəfini tutmağa və hər sahədə dürüst qalmağa cəsarətimiz çatacaq.

DÜRÜSTLÜYÜN MÜKAFATLARI

İlk məqalədə adı çəkilən Hitoşi dürüst işçi olmağın xeyrini gördü. Hal-hazırda işlədiyi yerdə müdiri onun dürüstlüyünə qiymət verir. Hitoşi deyir: «Sevinirəm ki, vicdanımı təmiz saxlamağa kömək edən iş tapmışam».

Digər insanlar da bunun doğruluğunu təsdiqləyir. Gəlin Müqəddəs Kitabın «hər sahədə dürüst olmaq» prinsipinə əməl edən insanların nümunəsinə baxaq və görək onlar bunun hansı xeyrini görüblər.

  • Təmiz vicdan

    «13 yaşım olanda məktəbi atıb oğrulara qoşuldum. Gəlirimin 95 faizi haram pul idi. Sonra ailə həyatı qurdum. Ərim və mən Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başladıq. Öyrəndik ki, Yehova * Allah nadürüst əməllərdən ikrah edir. Buna görə də həyat tərzimizi dəyişməyə qərar verdik. 1990-cı ildə özümüzü Allaha həsr edib Yehovanın Şahidi olduq (Məsəllər 6:16—19).

    Əvvəllər evim oğurluq mallarla dolu idi. Ancaq indi evdə bir dənə də olsun oğurluq mal yoxdur. Buna görə də vicdanım təmizdir. Keçmiş günlərimə baxanda Yehovanın mənə göstərdiyi lütfə görə Ona şükür edirəm. Yehovanın məndən razı qaldığını bildiyim üçün artıq gecələr rahat yatıram» (Şerl, İrlandiya).

    «Müdirim biləndə ki, mən potensial müştərinin verdiyi rüşvəti qəbul etməmişəm, dedi: “İbadət etdiyin Allaha şükürlər olsun. Sən necə də etibaralayiq insansan. Nə yaxşı ki, bizim şirkətdə işləyirsən”. Hər sahədə dürüst olduğum üçün Yehova Allahın qarşısında vicdanım təmizdir. Həmçinin dürüst olmağımın sayəsində ailəmə və digər insanlara da bu sahədə kömək edə bilirəm» (Soni, Honkonq).

  • Qəlb rahatlığı

    «Mən beynəlxalq bankda katib-referent işləyirəm. Bank biznesində var-dövlət qazanmaq xatirinə dürüstlük unudulur. Çoxları belə düşünür: “Qazanc və iqtisadiyyat uğrunda yüngülvarı nadürüstlük etməkdə nə qəbahət var ki?!” Amma dürüst olduğum üçün qəlbim rahatdır. Nə olursa olsun, dürüst qalmaq niyyətindəyəm. Müdirlərim bilir ki, mən nə onlara, nə də onların xahişi ilə başqalarına yalan danışan deyiləm» (Tom, Birləşmiş Ştatlar).

  • Özünəhörmət hissi

    «Nəzarətçim işdə itən mallarla bağlı məndən yalan danışmağımı istədi, lakin mən bundan imtina etdim. Oğurluğun üstü açılanda müdirim dürüst olduğuma görə məni təriflədi. Bu nadürüst dünyada dürüst qalmaq üçün cəsarət lazımdır. Amma sonda biz başqalarının hörmətini və etibarını qazanacağıq» (Kaori, Yaponiya).

Təmiz vicdan, qəlb rahatlığı və özünəhörmət hissi dürüstlüyün gətirdiyi mükafatlardan bəziləridir. Məgər bunlara görə dürüst olmağa dəyməz?

^ abz. 18 Müqəddəs Kitaba əsasən, Allahın adı.

Əlavə məlumat

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.