Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Valideynlərim boşanır. Mən nə edim?

Valideynlərim boşanır. Mən nə edim?

Sən nə edə bilərsən?

Narahatçılığını bölüş. Valideynlərinə nə qədər məyus və təlaş içində olduğunu bildir. Ola bilsin, atanla anan nə baş verdiyini izah edəcəklər, bu da sənin narahatçılığını azaldacaq.

Əgər hal-hazırda valideynlərin sənə kömək edəcək vəziyyətdə deyillərsə, yetkin dostlarından birinə müraciət edə bilərsən (Süleymanın məsəlləri 17:17).

Ən əsası isə, «duaları eşidən» Uca Yaradan səni hər zaman dinləməyə hazırdır (Zəbur, Məzmur 65:2). Bütün ürəyindəkiləri Yehova Allaha deyə bilərsən, çünki O, sənin qeydinə qalır (İncil, 1 Peter 5:7).

Nəyi yaxşı olar ki, etməyəsən?

Valideynlərin boşanmasının gətirdiyi ağrı qol sınanda olan ağrıya bənzəyir. Vaxt keçdikcə qolun sağaldığı kimi, sən də olanlardan sonra özünə gələcəksən

Kin saxlama. «Valideynlərim ancaq özlərini düşünürdülər. Onlar bunun bizə necə təsir edəcəyini heç nəzərə almadılar», — 7 yaşlı Daniel danışır.

Əgər Daniel hirslənməyə və incikliyə son qoymasa, bunun ona zərəri ola bilər? (İpucu: Süleymanın məsəlləri 29:22 ayəsini oxu.)

Ürəyini sındırdıqları üçün valideynlərini bağışlamaq Danielə asan olmasa da, nəyə görə bunu etməsi yaxşı olardı? (İpucu: İncil, Efeslilərə 4:31, 32 ayələrini oxu.)

Özün-özünə düşmən kəsilmə. Deni xatırlayır: «Valideynlərim boşanandan sonra özümü bədbəxt hiss edirdim və depressiyaya düşmüşdüm. Dərslərimdə zəifləməyə başladım və bir il sinifdə qaldım. Bundan sonra məktəbdə təlxəklik edir və addımbaşı uşaqlarla dava-dalaşa girişirdim».

Səncə, Deni dəcəllik etməklə nəyə nail olmaq istəyirdi?

Onun dalaşqanlığının səbəbi nə ola bilərdi?

Əgər səndə də pis hərəkətlərinlə valideynlərindən acıq çıxmaq istəyi yaranırsa, Müqəddəs Yazıların Qalatiyalılara 6:7 ayəsindəki prinsip sənə düzgün davranmağa necə kömək edəcək?

Emosional yaraların sağalması üçün vaxt lazımdır. Həyatın öz axarına düşməyə başladıqdan sonra sən özünü yaxşı hiss edəcəksən.