Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Tənhalıq hissindən necə yaxa qurtarmaq olar?

Tənhalıq hissindən necə yaxa qurtarmaq olar?

Aşağıdakıları edə bilərsən:

1. Müsbət cəhətlərin haqqında düşün (İncil, 2 Korinflilərə 11:6). Bir tərəfdən, mənfi cəhətlərini etiraf etmək yaxşı olsa da, digər tərəfdən, nəzərə almalısan ki, sənin çoxlu müsbət cəhətlərin də var. Bunu yadda saxlasan, səni boğan neqativ hisslərdən azad ola bilərsən. Özündən soruş: «Mənim hansı müsbət cəhətlərim var?» Öz müsbət cəhətlərini və bacarıqlarını sadala.

2. Başqalarına səmimi diqqət göstər. Şərt o deyil ki, birdən-birə hamıya diqqət göstərsən. Bir-iki nəfərdən başlasan, kifayətdir. «Sadəcə hal-əhval tutmaq və ya işləri ilə maraqlanmaq insanlarla daha yaxın münasibətlərin başlanğıcına zəmin yaradır», — deyə Xorxe adlı gənc öz müşahidələrini qeyd edir.

Səni başqalarından ayıran uçurum üzərindən körpü sal

Məsləhət. Ancaq həmyaşıdlarınla ünsiyyət etməklə kifayətlənmə. Müqəddəs Yazılarda aralarında böyük yaş fərqi olan insanlar arasında dostluqdan bəhs edilir. Məsələn, Rut ilə Naomi, Davud ilə Yonatan, Timotey ilə Pavel arasında möhkəm dostluq telləri var idi (Rut 1:16, 17; Peyğəmbərlərin kitabı, 1 Şamuel 18:1; İncil, 1 Korinflilərə 4:17). Ünsiyyət altında monoloq yox, dialoq nəzərdə tutulur. İnsanlar onları dinləməyi bacaranları yüksək qiymətləndirirlər. Əgər utancaqsansa, unutma ki, söhbəti birinci başlamağın şərt deyil.

3. Xoşrəftar ol (İncil, 1 Peter 3:8). Həmsöhbətinlə nədəsə razı deyilsənsə, onu axıra kimi dinləməyə çalış. Səbirli ol. Fikirlərinizin üst-üstə düşdüyü məqamlara diqqət yetir və söhbəti bunun əsasında qur. Əgər nə ilə isə razı deyilsənsə, bunu təmkinli və nəzakətli şəkildə bildirsən, yaxşı olar.

Məsləhət. Başqalarının səninlə necə danışmalarını istəyirsənsə, sən də onlarla elə danış. İnsanlarla mübahisə etsən, lağa qoysan, təhqir və ya tənqid etsən, heç kim sənə yaxın duran deyil. Eynilə də əksinə, əgər sözlərin ürəkaçan olsa, hamı səninlə ünsiyyət etmək istəyəcək (İncil, Koloslulara 4:6).