Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?

Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?

Aşağıdakıları edə bilərsən:

Birincisi, yadda saxla ki, başqalarının nə etməsindən asılı olmayaraq, sən öz hərəkətlərinə görə cavabdehlik daşıyırsan.

İkincisi, sənin üçün nəyin ən güclü şirnikdirici təsir olduğunu müəyyən et.

Sonra özündən soruş: «Bu şirnikdirici təsirlərə ən çox nə zaman məruz qala bilərəm?» (Məktəbdə? İşdə? Digər?) Şirnikdirici vəziyyətin nə zaman yarandığını bilmək ondan qaçınmağa sənə kömək edəcək.

İndi sən hərəkətə keçməyə hazırsan. Birinci işin təhlükəni və ya təzyiqi minimuma endirmək və ya ondan tamamilə qaçmaqdır. (Nümunə. Əgər məktəbdən gələndə həmişə sənə siqaret təklif edən məktəb yoldaşlarınla qarşılaşırsansa, bəlkə, başqa yolla gedib-gələsən.)

Şirnikdirici təsirlərə boyun əyəndə sən öz arzularının qulu olursan

Əlbəttə, bütün şirnikdirici təsirlərdən qaçınmaq mümkün deyil. Gec-tez sən çox çətin sınaqla üzləşəcəksən, bu, hətta sənin gözləmədiyin bir vaxtda ola bilər. Bəs belə vəziyyətdə sən nə edə bilərsən?

Uğurun sirri — həmişə hazır ol!

Fikir ver. İsa peyğəmbər əxlaq qanunlarına riayət etməyə artıq əvvəlcədən qəti qərarlı idi (İncil, Yəhya 8:28, 29). Deməli, uğur qazanmaq üçün əvvəlcədən hazır olmalısan.

Tapşırıq. Ən çox qarşılaşdığın şirnikdirici təsirlərə nəyə görə qarşı durmalı olduğunun iki səbəbini, eləcə də bunlardan qaçmağın iki yolunu qeyd et.

Axı nəyə görə arzularının səni idarə etməsinə yol verəsən? Çalış, kifayət qədər yetkin ol və arzularını nəzarət altında saxlamağı bacar (İncil, Koloslulara 3:5). Buna nail olmaq üçün Allaha dua et (İncil, Matta 6:13).