Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Nəyə görə yeni dil öyrənmək lazımdır?

Nəyə görə yeni dil öyrənmək lazımdır?

Yeni dil öyrənəndə sənin özünü idarə etmək qabiliyyətin və təvazökarlığın sınanır. Bəs dil öyrənməyə dəyər? Bir çox gənc bu suala bəli cavabını verir. Bu məqalədə onların nəyə görə belə düşündükləri izah edilir.

 Nəyə görə lazımdır?

Çoxları tədris proqramına daxil olduğu üçün məktəbdə yeni dil öyrənir. Digərləri isə özləri dil öyrənməyə təşəbbüs göstərir. Misal üçün:

  • Avstraliyada yaşayan Anna adlı gənc qız anasının doğma dili olan latış dilini öyrənməyə qərar verib. O deyir: «Ailəlikcə Latviyaya qonaq getməyi planlaşdırırıq. Mən istəyirəm ki, oradakı qohumlarımla ünsiyyət edə bilim».

  • Birləşmiş Ştatlarda yaşayan Cina adlı Yehovanın Şahidi Amerika jest dilini öyrənib və xidmətini genişləndirmək üçün Belizə köçüb. O bölüşür: «Eşitmə qüsuru olan insanlar yalnız jestlərlə ünsiyyət edə bilirlər. Mən onlara deyəndə ki, Müqəddəs Kitab təlimlərini onlara öyrətmək üçün Amerika jest dilini öyrənirəm, onlar çox sevinirlər».

Bilirsən? Müqəddəs Kitabda Allahın Padşahlığı haqda xoş xəbərin «hər xalqa, tayfaya, dilə» çatdırılacağına dair peyğəmbərlik var (Vəhy 14:6). Yehovanın Şahidi olan bir çox gənc xidmətlərini genişləndirib başqa ölkəyə köçmək üçün yeni dil öyrənirlər. Bununla da bu peyğəmbərlik yerinə yetir.

 Hansı çətinlikləri var?

Yeni dil öyrənmək asan deyil. Korina adlı yeniyetmə deyir: «Düşünürdüm ki, sadəcə yeni sözlər öyrənəcəyəm, ancaq başa düşdüm ki, mən həm yeni mədəniyyət öyrənirəm, həm də fərqli düşünməyə başlayıram. Dil öyrənmək çox vaxt alır».

Bunun üçün həm də təvazökar olmaq lazımdır. İspan dilini öyrənən Ceyms deyir: «Sən özünə gülməyi bacarmalısan, çünki çox səhvlər edəcəksən. Dil öyrənəndə səhvlər etməyin normaldır».

Yadda saxla. Əgər maneələri və nadir hallarda yaranan utandırıcı səhvləri aradan qaldırsan, dili daha rahat öyrənə bilərsən.

Məsləhət. Başqalarının səndən daha tez dil öyrəndiyinə fikir vermə. Müqəddəs Kitabda deyilir: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

 Hansı faydaları var?

Yeni dil öyrənməyin faydası çoxdur. Misal üçün, Olivia adlı yeniyetmə deyir: «Yeni dil öyrənəndə ünsiyyət dairən genişlənir və yeni dostlar tapırsan».

Meri adlı yeniyetmənin isə yeni dil öyrənməyin sayəsində özünəinam hissi artıb. O deyir: «Nəyi isə öyrənmək mənim üçün çətindir, amma indi dil öyrənirəm və hər dəfə yeni söz öyrəndikcə, daha da həvəslənirəm. Bunun sayəsində özümə qarşı münasibətim yaxşılaşıb».

Yuxarıda adı çəkilən Cina başa düşdü ki, insanlara Allahın Kəlamını jest dilində öyrətmək onun xidmətinə daha da sevinc qatır. O deyir: «Onların dilində danışmağa başlayanda üzlərində yaranan təbəssüm nəyə desən dəyər!»

Yadda saxla. Yeni dil öyrənmək sənə yeni dostlar tapmağa, özünəinam hissini artırmağa kömək edəcək və xidmətinə sevinc qatacaq. Bu, xoş xəbəri «hər xalqa, tayfaya, dilə» çatdırmaq üçün vacibdir (Vəhy 7:9).