Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Mənim idealım kimdir?

Mənim idealım kimdir?

«Məktəbdə problemlərlə üzləşəndə örnək götürdüyüm birini yadıma salırdım. Çalışırdım onun belə vəziyyətlərdə davrandığı kimi davranım. Adamın idealı olanda çətin vəziyyətlərin öhdəsindən gəlmək asan olur» (Hali).

İdealın sənə problemlərdən qaçmağa, hədəflərinə nail olmağa və həyatda müvəffəqiyyət qazanmağa kömək edəcək. Bunun açarı isə gözəl xüsusiyyətləri olan birini seçməkdir.

 Niyə seçim etməli?

  • İdealın olaraq gördüyün şəxslər davranışlarına təsir edəcək.

    Müqəddəs Kitab bizi nümunəvi insanların «davranışının hansı bəhrələr gətirdiyini diqqətlə müşahidə edərək onların imanını örnək» götürməyə təşviq edir (İbranilərə 13:7).

    Məsləhət: Örnək götürdüyün insan sənə ya yaxşı təsir edəcək, ya da pis. Buna görə də çalış məşhur, yaxud həmyaşıdın olan birini yox, həqiqətən tərifəlayiq keyfiyyətləri olan birini seçəsən.

    «Adəm adlı dindaşımın oturuş-duruşundan, camaat içində özünü aparmasından çox şey öyrənmişəm. Maraqlıdır ki, onun dediyi müəyyən sözlər, yaxud hansısa hərəkətləri indiyə kimi yadımdadır. Ondan nələr öyrəndiyimdən, bəlkə, heç xəbəri də yoxdur» (Kolin).

  • İdealın olaraq gördüyün şəxslər düşüncə və hisslərinə təsir edəcək.

    Müqəddəs Kitabda deyilir: «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33).

    Məsləhət: Zahirən yox, daxilən gözəl olan insanları özünə ideal seç. Yoxsa sonradan peşman olarsan.

    «Özünü füsunkar insanlarla müqayisə edəndə adam elə bilir ki, ondan çirkini və lazımsızı yoxdur. Belə insanın fikri-zikri xarici görünüşündə olur» (Tamara).

    Düşün: Hansısa məşhuru, yaxud idmançını öz idealın olaraq görməyində pis nəsə var?

  • İdealın olaraq gördüyün şəxslər məqsədlərinə çatmağına təsir edəcək.

    Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

    Məsləhət: Özündə yetişdirmək istədiyin xüsusiyyətlərə sahib olan adamları idealın seç. Onları müşahidə etməyin sayəsində məqsədlərinə çatmağın yollarını öyrənəcəksən.

    «Qarşına konkret məqsədlər qoy. Məsələn, “İstəyirəm daha məsuliyyətli olum” demək əvəzinə, “İstəyirəm filankəs kimi məsuliyyətli olum, çünki o, heç vaxt heç yerə gecikmir, ona tapşırılan işə ciddi yanaşır” söylə» (Miryam).

    Nəticə: İdealını düzgün seçmək gələcəkdə görmək istədiyin «səni» formalaşdırmağa kömək edir.

Hədəflərinə nail olmağın ən asan yolu özünə örnək götürdüyün insanı izləməkdir!

 Necə seçməli

İdealını iki üsulla seçə bilərsən.

  1. Özündə yetişdirmək istədiyin bir xüsusiyyət seç, daha sonra o xüsusiyyətə sahib olan birini tap.

  2. Valeh olduğun bir şəxsi seç, daha sonra onun sahib olduğu və sənin yetişdirmək istədiyin xüsusiyyəti seç.

Mövzuya aid çalışma vərəqi sənə bu sahədə kömək edəcək.

İdealın olaraq seçə biləcəyin adamlar:

  • Həmyaşıdların. «Bənzəmək istədiyim adam ən yaxın dostumdur. Onun başqalarına qayğı göstərməyə həmişə vaxtı var. Onun elə gözəl xüsusiyyətləri var ki, məndən balaca olmasına baxmayaraq, ondan örnək götürməyə çalışıram» (Miryam).

  • Böyüklər. Bu, sənin valideynlərin və ya dindaşlarından biri ola bilər. «Şübhəsiz, valideynlərimin hər ikisi mənim idealımdır. Onların xasiyyətinə heyranam! Səhvlərini də görürəm, bu səhvlərə baxmayaraq, imanda necə möhkəm qaldıqlarını da. Ümid edirəm ki, onların yaşına çatanda mənim barəmdə də eyni şeyi deyəcəklər» (Anet).

  • Müqəddəs Kitab personajları. «Müqəddəs Kitabdan özümə Timuti, Rut, Əyyub, Butrus və balaca israilli qız kimi bəzi iman örnəkləri seçmişəm. Onların hər birinin özünəməxsus xüsusiyyətləri olub. Müqəddəs Kitab personajlarını yaxından tanıdıqca onlar mənim üçün daha real olur. “İman örnəkləri” kitabını, həmçinin “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabının hər iki cildində olan “Keçmişdən nümunə. İndex” bölməsindəki məqalələri sevə-sevə oxuyuram» (Melinda).

Məsləhət: Özünə təkcə bir ideal seçmə. Həvari Bulus məsihilərə məsləhət vermişdi: «Sizə qoyduğumuz nümunəyə əsasən yaşayanları diqqətlə izləyin» (Filippililərə 3:17).

Bilirsən? Sən özün də kiminsə idealı ola bilərsən! Müqəddəs Kitabda deyilir: «Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol» (1 Timutiyə 4:12).

«Öz üzərində işləyə-işləyə başqalarına da yaxşı nümunə qoya bilərsən. Kiminsə bizi müşahidə etdiyindən və sözlərimizin başqalarının həyatını necə dəyişdiyindən bəzən heç xəbərimiz də olmur» (Kiana).