Kontentə keç

Qumar oynamaq günahdır?

Qumar oynamaq günahdır?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda qumar haqda ətraflı məlumat olmasa da, oradakı prinsiplərdən başa düşmək olar ki, Allah bunu günah sayır (Efeslilərə 5:17) *.

  • Qumar Allahın nifrət etdiyi tamahkarlıq hissindən yaranır (1 Korinflilərə 6:9, 10; Efeslilərə 5:3, 5). Qumar oynayanlar başqalarının uduzduğu pulların hesabına pul qazanmağa ümid edirlər. Ancaq Allahın Kəlamı başqalarının mal-mülkünə tamah salmağı mühakimə edir (Çıxış 20:17; Romalılara 7:7; 13:9, 10).

  • Hətta kiçik məbləğ uğrunda olsa belə, qumar oynamaq insanda pul hərisliyi yaradır (1 Timutiyə 6:9, 10).

  • Qumar oynayanlar, adətən, mövhumatlara və ya bəxtə güvənirlər. Ancaq Müqəddəs Kitabda deyilir ki, Allah bu cür inanclara bütpərəslik kimi baxır (Əşiya 65:11).

  • Müqəddəs Kitab əlini ağdan-qaraya vurmadan nəyisə əldə etməyə yox, zəhmətkeş olmağa təşviq edir (Vaiz 2:24; Efeslilərə 4:28). Bu prinsiplərə riayət edənlər zəhmətləri ilə qazandıqlarını yeyəcəklər (2 Salonikililərə 3:10, 12).

  • Qumar insana qeyri-sağlam rəqabət ruhu aşılayır. Bu cür əhval-ruhiyyə Allahın xoşuna gəlmir (Qalatiyalılara 5:26).

^ abz. 3 Müqəddəs Kitabda qumarla bağlı yalnız bir hadisə yazılıb. Həmin hadisədə vurğulanır ki, Roma əsgərləri tamamkarlıqdan irəli gələrək İsa peyğəmbərin paltarı üçün püşk atmışdılar (Mətta 27:35; Yəhya 19:23, 24).