Kontentə keç

Müqəddəs Kitabda nikaha daxil olmadan birgə yaşamaqla bağlı nə deyilir?

Müqəddəs Kitabda nikaha daxil olmadan birgə yaşamaqla bağlı nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda deyilir ki, Allah insanların əxlaqsızlıqdan uzaq durmasını buyurur (1 Salonikililərə 4:3). Müqəddəs Kitaba əsasən, əxlaqsızlığa zina, homoseksual hərəkətlər və nikahda olmayan kişi ilə qadın arasında intim münasibətlər daxildir.

 Nəyə görə cütlüyün evli olub-olmaması Allah üçün önəmlidir?

  •   Nikah Allahdan olan quruluşdur. Allah bu quruluşu ilk kişi ilə qadını bir araya gətirəndə təsis etdi (Yaradılış 2:22—24). O, kişi ilə qadının nikaha girmədən birgə yaşamasını niyyət etməmişdi.

  •   Allah insanlar üçün nəyin yaxşı olduğunu bilir. Allah nikahın kişi ilə qadın arasında həmişəlik ittifaq olub, ailənin bütün üzvlərinə fayda gətirməsini və qorumasını niyyət etmişdi. Gəlin sadə bir nümunəyə baxaq. İstehsalçının göstərişləri mebeli düzgün yığmağa kömək etdiyi kimi, Allahın da göstərişləri bizə ailə münasibətlərini düzgün qurmağa kömək edir. Allahın qanunları onlara əməl edənlərə həmişə xeyir gətirir (Əşiya 48:17, 18).

    İstehsalçının göstərişləri mebeli yığmağa kömək edir, Allahın göstərişləri də bizə ailəmizi xoşbəxt etməyə kömək edir

  •   Nikahdankənar cinsi münasibətlər ağır nəticələrə səbəb olur. Məsələn, bu, arzuolunmaz hamiləliklə, cinsi yolla keçən xəstəliklə, emosional pozuntularla nəticələnə bilər a.

  •   Allah kişi ilə qadına cinsi münasibətlər vasitəsilə nəsilartırma qabiliyyəti verib. Allahın gözündə həyat müqəddəsdir və nəsilartırma qabiliyyəti dəyərli bir ənamdır. Allah istəyir ki, biz nikah quruluşuna ehtiram bəsləyərək bu ənama hörmət edək (İbranilərə 13:4).

 Bir-birinə uyğun gəlib-gəlmədiyini yoxlamaq üçün nikahdan əvvəl birgə yaşamaq nə dərəcədə düzgündür?

 Nikahın uğurlu olması üçün sınaq dövrünə, yəni tərəflərin öz üzərinə heç bir məsuliyyət götürmədən bir müddət birgə yaşamasına ehtiyac yoxdur. Əksinə, tərəflərin ikisi də bir-birinə sadiq olanda və problemləri aşmaq üçün birgə çalışanda münasibətlər möhkəmlənir b. Nikah sədaqəti möhkəmləndirir (Mətta 19:6).

 Cütlüklər nikahlarını necə möhkəmləndirə bilərlər?

 Mükəmməl nikah yoxdur. Lakin cütlüklər Müqəddəs Kitabdakı məsləhətlərə əməl edərək nikahlarını xoşbəxt edə bilərlər. Bu məsləhətlərdən bəziləri aşağıdakılardır:

a «Gənclərin sualları: Məni cinsi əlaqəyə təhrik edirlər. Nə edim?» adlı məqaləyə baxın.

b «Uğurlu ailə. Sədaqət» adlı məqaləyə baxın.