Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Həyatımdan narazıyam. Din, Allah və ya Müqəddəs Kitab mənə kömək edə bilər?

Həyatımdan narazıyam. Din, Allah və ya Müqəddəs Kitab mənə kömək edə bilər?

Müqəddəs Yazıların cavabı

Bəli, edə bilər. Ta qədimdən bizim günlərədək gəlib çatan və hikmətli məsləhətlər toplusu olan Müqəddəs Kitab vacib suallara cavab verir. Allahın Kəlamı həmçinin sizə xoşbəxt olmağa və həyatdan məmnunluq duymağa kömək edə bilər. Bəzi sualların cavablarını nəzərdən keçirək.

  1. Yaradan mövcuddurmu? Müqəddəs Kitabda deyilir ki, «hər şeyin yaradanı» Allahdır (Vəhy 4:11). Bir Yaradan kimi, O, bizim xoşbəxt olmağımız və həyatdan məmnunluq duymağımız üçün nəyə ehtiyacımız olduğunu yaxşı bilir.

  2. Allah mənimlə maraqlanırmı? Müqəddəs Kitabda deyilir ki, «O, heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). O, həyatınızda baş verənlərlə maraqlanır və sizə uğur qazanmağınız üçün kömək etmək istəyir (Yeşaya 48:17, 18; 1 Peter 5:7).

  3. Allahı tanımaq özümü yaxşı hiss etməyimə necə kömək edə bilər? Allah bizi ruhani tələbatla — həyatın mənasını və məqsədini başa düşməyə sövq edən anadangəlmə istəklə yaradıb (Matta 5:3). Həmçinin ruhani tələbatımıza Yaradanımızı tanımaq və Onunla münasibətdə olmaq istəyi də daxildir. Allah sizin Onu tanımaq səyinizi dəstəkləyəcək, çünki Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Milyonlarla insanlar öz təcrübələrinə əsasən deyə bilərlər ki, Allahla dostluq münasibətləri qurandan sonra həyatları yaxşılaşıb və məmnundurlar. Allahı tanımaq həyatınızı narahatçılıqlardan tam azad etməsə də, Müqəddəs Kitabdakı müdrik məsləhətləri sizə növbəti sahələrdə kömək edəcək:

Müqəddəs Kitabı əldə rəhbər tutduqlarını iddia edən bir çox dinlər, əslində, onun təlimlərinə riayət etmirlər. Belə dinlərdən fərqli olaraq, Müqəddəs Kitabın təlimlərinə sıx əməl edən həqiqi din sizə Allahı tanımağa kömək edəcək.