Kontentə keç

Müqəddəs Kitabda «göy» sözü hansı mənalarda işlənir?

Müqəddəs Kitabda «göy» sözü hansı mənalarda işlənir?

Müqəddəs Yazıların cavabı

«Göy» sözü Müqəddəs Kitabda üç əsas mənada: 1) göy üzü; 2) ruhani aləm; 3) yüksək mövqe və ya səlahiyyət rəmzi kimi işlədilir. Hansı mənada işlədildiyini konteksdən müəyyən etmək olar *.

  1. Göy üzü. «Göy» sözü bu mənada işlənəndə Yer kürəsinin atmosferini, yəni küləyin əsdiyi, quşların uçduğu, yağış və qar əmələ gətirən buludların olduğu və ildırımın çaxdığı yeri nəzərdə tutur (Zəbur 78:26; Məsəllər 30:19; Əşiya 55:10; Luka 17:24). Bu həmçinin fəzanı, yəni günəşin, ayın, ulduzların olduğu yeri də bildirir (Qanunun təkrarı 4:19; Yaradılış 1:1).

  2. Ruhani aləm. «Göy» termini həm də ruhani göylərə və ya ruhani aləmə aid istifadə olunur. Yəni fəzanın hüdudlarından kənarda olan məkan nəzərdə tutulur (1 Padşahlar 8:27; Yəhya 6:38). Bu ruhani aləm ruhani Varlıq olan Yehova Allaha məxsusdur. Həmçinin Allahın yaratdığı mələklər də oradadır (Yəhya 4:24; Mətta 24:36). Bəzən göylər sadiq mələklərin toplaşdığı «müqəddəslər məclisi»ni təmsil edir (Zəbur 89:5—7).

    Müqəddəs Kitabda «göylər» sözü həmçinin Yehovanın «məskəni» olan ruhani aləmin xüsusi bir hissəsi kimi istifadə olunur (1 Padşahlar 8:43, 49; İbranilərə 9:24; Vəhy 13:6). Misal üçün, Müqəddəs Kitabda peyğəmbərlik edilir ki, Şeytan və onun cinləri göydən yerə atıldı və bir daha Yehovanın məskəninə girə bilmədi. Bununla belə, onlar hələ də ruhani aləmdədirlər (Vəhy 12:7—9, 12).

  3. Yüksək mövqe və ya səlahiyyət rəmzi. Müqəddəs Kitabda «göy» sözü yüksək mövqeyi bildirmək üçün istifadə edilir. Adətən, hakimiyyətlə əlaqədar işlədilir. İstifadə olunduğu yerlərdən bəziləri bunlardır:

Göy nəyə bənzəyir?

Ruhani aləm fəal məkandır. Orada Yehovanın sözünü eşidən yüz milyonlarla ruhani varlıqlar yaşayır (Zəbur 103:20, 21; Dənyal 7:10).

Müqəddəs Kitabda göy parıltı kimi təsvir edilir (1 Timutiyə 6:15, 16). Hizqiyal peyğəmbər göylərlə bağlı aldığı görüntüdə parıltıya diqqət çəkmişdi. Dənyal peyğəmbər də göylə bağlı gördüyü görüntüdə «odlu çay» görmüşdü (Hizqiyal 1:26—28; Dənyal 7:9, 10). Göylər müqəddəs, pak və gözəldir (Zəbur 96:6; Əşiya 63:15; Vəhy 4:2, 3).

Müqəddəs Kitabın göylər haqda dediklərindən belə bir təəssürat oyanır ki, ora heyrətamiz, həşəmətlidir (Hizqiyal 43:2, 3). Sözsüz ki, insan əqli göyləri və ruhani aləmi tam dərk edə bilməz.

^ abz. 3 İbrani dilindən tərcümə olunan «göy» sözünün kökü «yüksək» və ya «uca» deməkdir (Məsəllər 25:3) («The New Brown, Driver, and Briggs Hebrew and English Lexicon of the Old Testament», səhifə 1029).

^ abz. 9 MakKlintok və Stronqsun «Ensiklopediyası»nda qeyd olunur ki, Əşiya 65:17 ayəsində yeni göylər sözü «yeni hakimiyyət, yeni padşahlıq» mənasını verir (IV cild, səhifə 122).